Rəhim Cəfərov, arxiv şəkli

Azərbaycanlı yazarın əsəri dünyanın nüfuzlu ədəbiyyat mükafatının qısa siyahısına düşüb

35
(Yenilənib 19:52 05.11.2020)
Siyahıda 28 yaşlı azərbaycanlı yazıçı Rəhim Cəfərovun "Sato" adlı fantastik romanı da yer alır. Müsabiqənin finalçıları 2021-ci ilin əvvəlində elan ediləcək

BAKI, 5 noyabr — Sputnik. Rusiyanın nüfuzlu "NOS" ədəbiyyat müsabiqəsinin qısa siyahısı elan olunub. Sputnik Azərbaycan xəbər verir ki, siyahıda 28 yaşlı azərbaycanlı yazıçı Rəhim Cəfərovun "Sato" adlı fantastik romanı da yer alır.

Müsabiqənin finalçıları 2021-ci ilin əvvəlində elan ediləcək.

Qeyd edək ki, 28 yaşlı Rəhim Cəfərov Rusiyada yaşayır. "Mark və Ezra", "Sato" kimi romanların müəllifidir.

Xatırladaq ki, "NOS" ədəbiyyat mükafatı Mixail Proxorov Xeyriyyə Fondu tərəfindən Nikolay Qoqolun şərəfinə 2009-cu ildə təsis olunub. Müasir ədəbiyyatda uğur qazanan müəlliflərə təqdim edilir. Mükafatı əldə edənlər arasında Viktor Pelevin, Vladimir Sorokin və başqa məşhur rus yazıçıları var.

35
 Barak Obama, arxiv şəkli

Obamanı canlandıracaq şəxs məlum oldu

3
(Yenilənib 15:29 30.11.2020)
B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər"

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın həyatını əks etdirən bioqrafik film ekranlaşdırılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş prezident onun həyat yolundan bəhs ediləcək filmdə, baş qəhrəmanı-yəni özünün obrazını yaradacaq sənətçinin adını açıqlayıb.

Barak Obamanın sözlərinə görə, onun obrazını kanadalı rep ifaçısı Dreyk (Obri Dreyk Qrem) ifa edəcək.

B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər".

Keçmiş prezidentin bəyəndiyi repçi Dreyk isə 2010-cu ildən Barak Obamanın surətini ekranda yaratmaq istədiyini açıqlayıb: "Çox istəyirəm ki, tezliklə belə bir film çəkilsin və mən Obama rolunu ifa edim. Onu nə zaman ekranda görsəm, kanalı dəyişmirəm, diqqətlə Obamanı dinləyir, səs tonuna fikir verirəm".

Qeyd edək ki, Dreyk 2001-ci ildə "Degrassi: The Next Generation" serialında 7 sezon boyunca "Jimmy Brooks" obrazını ifa edib.

3
Azərbaycanın əməkdar artisti Lalə Məmmədova

Lalə Məmmədova koronavirusa telekanalda yoluxub?

8
(Yenilənib 12:50 30.11.2020)
Müğənni: "Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil".

BAKI, 30 noyabr — Sputnik. "Nigarançılığınıza səbəb olduğum üçün hamınızdan üzr istəyirəm. Zəng edib soruşan, yazan, dua edən hər kəs sağ olsun. Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz səhnə sizə bəlli olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Koronavirusa yoluxan müğənni ailəsinin vəziyyətindən bəhs edib:

"7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun... Hər gün haldan hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı... Bu gün xəstəxananın əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim.

Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, her şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun... Bir adamın yoluxması 1 ailənin yoluxmasına səbəb olur".

8
Teqlər:
telekanal, Koronavirus, yoluxma

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

0
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

0