CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yəhudi zərgərin qeyri-adi kollekiyası: Orada uzaq keçmişin "Whatsapp" yazışmaları da var

© Sputnik / Nigar IskanderovaMəktublardan biri
Məktublardan biri - Sputnik Azərbaycan
Abunə olmaq
Yəhudi əsilli zərgər Eduard Şamaryayev insanlara zamanda səyahət etməyə imkan verən unikal kolleksiya toplayıb.

Nigar İsgəndərova, Sputnik Azərbayan

BAKI, 5 noyabr — Sputnik. Evin künc-bucağından, köhnə dəftərlərin, albomların arasından tapdığımız, sandıqlarda qalaraq çürüyən açıqcalar bəlkə də çoxumuz üçün mahiyyət daşımır. Biz buna adi bir kağız parçası kimi baxsaq da, ona dəyər verənlər, onları axtararaq toplayanlar da var. Elə həmsöhbətimiz, yəhudi əsilli zərgər, numizmatik Eduard Şamaryayev də onlardan biridir.

Məktubların qalaqlandığı bu yerdən kağızlar köhnələndə gələn özünəməxsus, xoş bir ətir gəlir. Bu ətiri burnumuza çəkə-çəkə Şamaryayevin kolleksiyası haqda elə özündən məlumat alırıq. Uzun illərdir, demək olar ki, özünü dərk edəndən bu açıqcaları yığaraq mühafizə edən E.Şamaryayevin kolleksiyası yalnız açıqcalardan ibarət deyil. Bu kolleksiyada müxtəlif dövrlərin poçt markalarını, bir-birindən fərqli mövzuda yazılan məktublarını, sevgi etiraflarını da görmək mümkündür. Sevgi, həsrət, II Dünya Müharibəsi illərində yazılan məktublar daha çox üstünlük təşkil edir.

E.Şamaryayev Sputnik Azərbaycan-a yığdığı bu kolleksiya haqda danışarkən dedi ki, sənəti zərgərlik olduğundan, işi ilə əlaqədar çoxsaylı maraqlı insanlarla ünsiyyətdə olur. Bu da ona kolleksiyasını daha da zənginləşdirməyə imkan verir:

© Sputnik / Nigar IskanderovaAtkritkalar və molla nəsrəddin kolleksiyları
Yəhudi zərgərin qeyri-adi kollekiyası: Orada uzaq keçmişin Whatsapp yazışmaları da var - Sputnik Azərbaycan
Atkritkalar və molla nəsrəddin kolleksiyları

"Mənim rəssamlar binasında emalatxanam var. Hansısa emalatxana rəhbəri rəhmətə getdikdə, oranın yeni sahibinin köhnənin qalırlarını tulladığını görmüşəm. Mən isə onları yığıb saxlamışam".

Kolleksiyada 1917-ci il inqilabından əvvəl yazılan məktublar da var:

"Bu məktubların hər birini oxumuşam, burada çox maraqlı mövzulara, nüanslara toxunulur. Məsələn, birində yazılır: "Bu gün Moskvadayam, döyüşlər gedir, yeməyə isə heç nəyim yoxdur". Bu məktublar sanki zaman maşınıdır, oxuduqca, adam o dövrə səyahət etmiş olur. Məndə bu nümunələrdən təxminən 1000-ə qədər, bir qədər də artıq var".
© Sputnik / Nigar Iskanderova
Eduard Şamaryayevin kollkesiyasından - Sputnik Azərbaycan
1/4
© Sputnik / Nigar Iskanderova
İllər öncə yazılan məktubları birgə oxuyaq - Sputnik Azərbaycan
2/4
© Sputnik / Nigar Iskanderova
İllər öncə yazılan məktubları birgə oxuyaq - Sputnik Azərbaycan
3/4
© Sputnik / Nigar Iskanderova
Məktubların büküm forması da fərqli olub - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

O, kolleksiyasını genişləndirmək üçün tez-tez Sabunçuda yerləşən "Bit Bazarı" kimi tanıdığımız rus bazarına üz tutur: ""Bit bazarı" bütün dünyada var. Burada insanlar özlərinə lazım olmayan əşyaları gətirərək satırlar. Bu gün "Bit Bazarı"da su qiymətinə sənət əsərləri tapmaq olar. Məsələn, götürək elə Fransanı. Fransada "Bit Bazarı"dan nə qədər böyük sənətkarların əsərləri su qiymətinə alınıb. "Bit Bazarı"da 5-10 avroya satılan belə sənət nümunələri mütəxəssislərin əlinə çatdıqda lazım olan dəyərini tapıb, 10-20 milyona satılıb. Bu səbəbdən, mən də tez-tez "Bit Bazarı"a üz tuturam".

Zərgər həmçinin auksionlara qatılaraq da kolleksiyalarını zənginləşdirir. Kolleksiyada isə müxtəlif sərgilər, görüşlərə görə ünvanlanan dəvətnamələri də görmək mümkündür.

Şamaryayev bu kolleksiyaları toplayarkən, gözlənilməz, xoş bir təsadüflə də rastlaşıb:

© Sputnik / Nigar IskanderovaEduard Şamaryayaevin öz nəslinə aid məktublaşmaları əks etdirən yəhudi təqvimi
Yəhudi zərgərin qeyri-adi kollekiyası: Orada uzaq keçmişin Whatsapp yazışmaları da var - Sputnik Azərbaycan
Eduard Şamaryayaevin öz nəslinə aid məktublaşmaları əks etdirən yəhudi təqvimi

"Bizim yəhudi icmamızda hər il böyük iş aparılır. Cəmiyyətimiz tərəfindən hər il bizə böyük təqvimlər verilir. Ötən il təsadüfən illik təqvim əlimə keçdi. Bu təqvimin arxasında yəhudilərə aid məktublar foto variantında çap olunub. Təsadüfən təqvimdə ulu babama aid məktublaşmanı tapdım. Ulu babamın doğma qardaşı Böyük Vətən Müharibəsində, o dövr üçün ən əhəmiyyətli döyüş olan Stalinqrad döyüşündə iştirak edib. Burada o, qardaşına yazır ki, sağ-salamatam".

"Yəqin eşitmisiz, biz əvvəl Qubada yaşayırdıq, lakin sonradan bizi sürgün etmişdilər. Varlı ailələri mənən sındırmaq üçün belə edirdilər. Bizim nəsli bu səbəbdən 5 il Qubadan Qarabağa sürgün ediblər. Babalarım Qarabağda yaşayıblar. Qarabağda sürgündən sonra Qubaya təzədən qayıda bilmədilər. Bu səbəbdən nəslimiz bir müddət də Balaxanıda yaşayıb. Görürsünüz, burada da bizim Balaxanıdakı ünvanımız yazılıb, Sabir küçəsi,...dalan nömrə 5. Bu, bizim üçün bir tarixdir. Burada olan bütün məlumatlar mənim babalarıma aiddir", - deyə Şamaryayev əlavə edir.

Onun kolleksiyasında həmçinin Qarabağa aid məktublar da var.

Söhbət əsnasında 1952-ci ildə Bakıda keçirilən respublika rəssamlıq sərgisi üçün tanınmış rəssam Səttar Bəhlulzadəyə göndərilən dəvətnamə, məktub mətni ilə də tanış oluruq. Eyni zamanda o dövrdə xəlvətdə yazılan sevgi etiraflarını da oxuyuruq.

© Sputnik / Nigar IskanderovaMəktub nümünəsi
Yəhudi zərgərin qeyri-adi kollekiyası: Orada uzaq keçmişin Whatsapp yazışmaları da var - Sputnik Azərbaycan
Məktub nümünəsi

Buradakı açıqcaların rəsmi indikilərlə müqayisədə daha rəngarəng və geniş məzmunlu olması ilə seçilir. Ana-körpə bağından tutmuş kənd təsərrüfatınadək müxtəlif mövzularda açıqca, markalar görmək mümkündür. Şamaryayev isə rəsmlərin, açıqcaların üzərində olan bəzəklərdən zərgərlikdə də istifadə edir: "Buradan həm də özümə lazım olan rəng çalarlarını seçirəm. Bütün bunlar zərgər üçün əvəzolunmaz bir iş, təkrarsız yaradıcılıqdır".

Həmsöhbətimiz bu məktubları keçmişin "Whatsapp"ı adlandırır və onun fikrincə, həmin məktublaşmalar olmasaydı, bəlkə də bu gün "Whatsapp" da olmayacaqdı.

Şamaryayev üçün geridə qalan hər şey bir tarixdir. O, yəhudi əsilli olmasına baxmayaraq, bu gün bizim də tariximizi qorumaqdadır: "Bütün bunlar bir tarixdir, tarixi heç zaman atmaq, cırmaq olmaz"...

Xəbər lenti
0