Dafer Yussef, arxiv şəkli

Ərəb musiqiçinin Bakıya yolu birdəfəlik bağlandı

202
(Yenilənib 10:04 03.11.2020)
Azərbaycanın Əməkdar artisti İsfar Sarabskinin Dağlıq Qarabağ haqda həqiqi məlumatları verməsinə rəğmən, Dafer Yusif erməni separatçılarını dəstəkləyən konsertdə çıxış edib

BAKI, 3 noyabr – Sputnik, Kəmalə Əliyeva. Bakı Caz Festivalı və Azərbaycanın Əməkdar artisti İsfar Sarabski bir də heç vaxt tanınmış ərəb musiqiçi və bəstəkarı Dafer Yusiflə əməkdaşlıq etməyəcəklər. Buna səbəb isə ərəb musiqiçinin erməni separatçılarının xeyrinə keçirilən təxribatçı onlayn konsertdə iştirakıdır.

Caz Festivalının direktoru Leyla Əfəndiyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, son hadisələrdən sonra Azərbaycana arxa çevirən bütün əcnəbi musiqiçilərin siyahısı onda var:

“Bu adamlar gəlib burada yeyib-içirdilər, gəzib kef edirdilər, ən yaxşı otellərdə qalırdılar, üçqat qonorar alırdılar, sonra isə bütün bu yaxşılıqları unudub, Qarabağ münaqişəsi barədə anlayışları belə olmadan əks mövqe tutdular”.

Bu cür qərəzli münasibətə misal kimi L.Əfəndiyeva caz ifaçısı Dafer Yusifin adını çəkib və deyib ki, o daha heç vaxt Bakıya gələ bilməyəcək.

“Caz Festivalında iştirak adı ilə Azərbaycana gəlmək üçün bu cür musiqiçilərin yolu birdəfəlik bağlandı. Siyasətlə mədəniyyətin bir-biri ilə bağlı olmadığı barədə bütün söhbətlər isə artıq mənasızdır. Müharibə bizə hər şeyi açıq-aşkar göstərdi, kimin kim olduğunu bildik və nəticə çıxardıq”, - Əfəndiyeva deyib.

Musiqiçilərin Azərbaycana qarşı bu cür münasibətində, onun sözlərinə görə, iki amil rol oynayır: biri maddi maraq, digəri isə erməni dostlarından birinin təsiridir. Nəticədə, münaqişənin mahiyyətindən bixəbər olan və bunu heç araşdırmayan musiqiçilər 30 il başqasının torpaqlarını işğalda saxlayanın xeyrinə çıxış edirlər.

“Əminəm ki, çox şey itirmədik.  Bakıda yenidən cazın səslənəcəyi gün uzaqda deyil. Və tək paytaxtda deyil, başqa bölgələrdə də keçiriləcək festivallarda iştirak etmək üçün əvvəlkitək xeyli müraciət, xahiş olacaq”, - Əfəndiyeva əlavə edib.

Əməkdar artist İsfar Sarabski D.Yusiflə yaxından tanış imiş, onlar musiqi layihəsi üzərində birgə işləyiblər. Hətta 2016-cı ildə onunla dünya  turnesinə də çıxıb. Sarabski Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, Yusifin erməni separatçılarını dəstəkləyən konsertdə iştirak edəcəyini öyrənən kimi onunla əlaqə yaradıb və Dağlıq Qarabağ barədə həqiqətləri ona çatdırıb.  

“Mən şəxsən onun çıxışına qədər Daferə hazırkı vəziyyət barədə, öz mövqeyimiz barədə bütün məlumatı dedim. O tədbirdə çıxış etmək onun öz seçimi idi. Bundan belə məni o artistlə heç nə bağlamır”, - Sarabski deyib.

Dafer Yusif ud çalır. O, İva Bittova, Mino Çinelu, Tom Kora, Paolo Fresu və digər artistlərlə çalışıb. 1990-cı ildən Avropada, əsasən Vyana və Parisdə yaşayır.

202
Teqlər:
qadağa, Bakı, Dafer Yussef, İsfar Sarabski, musiqiçi, ərəb, caz, musiqi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Əlaqədar
Müğənni ölkəmizdə baş verən hadisələrə səssiz qalan məşhur insanları qınayıb
Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Şuşaya həsr olunacaq
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Elif Şafakın kitablarının satışı və tərcüməsi dayandırılıb
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

46
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

46

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa