CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni ölkəmizdə baş verən hadisələrə səssiz qalan məşhur insanları qınayıb

© © Courtesy of Nura SuriНура Сури
Нура Сури - Sputnik Azərbaycan
Abunə olmaq
Nura Suri Qarbağ həqiqətləri, Gəncədə və Bərdədə baş verən erməni terroru barədə sosial şəbəkələrdə ən çox paylaşım edən sənətçilər sırasındadır

BAKI, 2 noyabr — Sputnik. Müğənni Nura Suri sosial şəbəkə hesabında ölkəmizdə baş verən hadisələrə səssiz qalan dünyaca məşhur insanları qınayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni "facebook" hesabında ölkəmizdəki müsabiqələrdə iştirak edən məşhurları tənqid edib.

"Bu boyda olimpiyadalar, formulalar, Eurovision və s. keçirmişik. Xaricdən idmançılar, dünyaca məşhur musiqiçilər gəlib ölkəmizin gözəlliyini, millətimizin qonaqpərvərliyini görüblər. Niyə susub oturublar? Xeyrimizə niyə bir söz demirlər? Onlarla ünsiyyətdə olanlar niyə danışmırlar həmin məşhurlarla?" - deyə müğənni sual edib.

Qeyd edək ki, müğənni Qarbağ həqiqətləri, Gəncədə və Bərdədə baş verən erməni terroru barədə sosial şəbəkələrdə ən çox paylaşım edən sənətçilər sırasındadır.

Xəbər lenti
0