QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bəşərin beşiyinə uzanan qara əllər: orada kəşfiyyat aparmaq ən böyük cinayətdir

© AFP 2023 / Mahmoud Zayyat Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda erməni saxtakarları Azərbaycanın işğal olunmuş ərazilərində guya ermənilərə məxsus olan şəhərlər tapdıqları haqqında bəyanatlar verir, bu zaman onların "nəticələrinə" zidd olan arxeoloji artefaktları məhv etməkdən çəkinmirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Qarabağ bəşər sivilizasiyasının yarandığı mərkəzlərdən biridir. Bunu burada yerləşən ilkin yaşayış məskənlərindən olan Azıx və Tağlarda üzə çıxarılmış arxeoloji tapıntılar da təsdiq edir. Hələ Paleolit dövründə burada daimi yaşayış məskənləri mövcud olub. Bu isə öz növbəsində Qarabağda zəngin maddi və mənəvi mədəniyyətin təşəkkül taparaq inkişaf etməsinə öz təsirini göstərib. Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır.

Разрушенные в ходе войны дома в оккупированном Арменией азербайджанском городе Шуша - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi: Qarabağdakı tarixi abidələr erməni vandalizminin qurbanına çevrilib

Hazırda işğal altında olan torpaqlarımızda tarixi abidələrimiz hansı vəziyyətdədir?

Sputnik Azərbaycan bu mövzu ilə tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovla söhbətləşib.

"Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində Paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, Eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. abidələr, İlk Tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, Orta Tunc və Son Tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik dövrə və ilk orta əsrlərə aid Covurqala və digər çoxsaylı abidələr aşkar edilib", - deyən tarixçi bildirib ki, Qarabağ ərazisinin təbiət, tarixi abidələri arasında Azıx mağarası mühüm yer tutur.

Belə ki, Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən aşkar olunub.

Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

"1968-ci ildə M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunub.

Azərbaycan alimlərinin Azıx Paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80%-i tədqiq olunub. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə, 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürülüb istifadə oluna bilər.

Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilər".

Xudafərin körpüsü - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq

Tarixçi bildirir ki, Azıx mağarasının yaxınlığında Mustye mədəniyyətinə aid dünya əhəmiyyətli möhtəşəm Tağlar mağara-düşərgəsi yerləşir. Мağara azərbaycanlı arxeoloqlar Мəmmədəli Hüseynov və Əsədulla Cəfərov tərəfindən öyrənilib. Burada aparılan tədqiqatlar Azərbaycan ərazisində Mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərdi. Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.

K.İsmayılov əlavə edib ki, işğal olunmuş ərazidə Paleolit dövrünə aid daha bir təbiət-tarix abidəsi Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında yerləşən Zar mağara düşərgəsidir: "Hələ 1920-ci illərdən başlayaraq Azərbaycanda, o cümlədən Qarabağda arxeoloji işlər aparılmağa başlanılıb. Bu işlər Qarabağ əhalisinin qədim əcdadları haqqında zəngin materiallar verir. Qarqarçayın sağ sahilində, Ərgin düzündə, Mərzili kəndinin yaxınlığında aparılan tədqiqatlar Qarabağın Qarqarçay hövzəsinin tarixi-arxeoloji tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir. Qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri, o cümlədən Azərbaycan atabəyi Əbubəkr Eldəgizin (1192-1211) adından kəsilmiş gümüş sikkələr, XIII-XIV əsrlərə dair epiqrafik materiallar hələ antik dövrlərdən başlayaraq orta əsrlərə qədər burada böyük insan məskənlərinin mövcudluğunu təsdiq edir".

Нагорный Карабах, фото из архива - Sputnik Azərbaycan
ELM
Ermənilər Pənahəli xanın qalasını da, hun irsini də öz adlarına çıxırlar - deputat

Eyni zamanda Baharlı kəndi yaxınlığında Seyid Əhməd adlanan yerdə aşkara çıxarılan abidədən tapılmış müxtəlif arxeoloji materiallar bu abidənin eramızdan əvvəl III-I əsrlərə aid olduğunu təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan arxeoloqları 1980-ci illərin sonlarına qədər Dağlıq Qarabağda və ona yaxın ərazilərdə arxeoloji abidələrin tədqiqi ilə məşğul olublar.

Lakin 1988-1994-cü illərdə ermənilərin hərbi təcavüzü, o cümlədən Qarqarçay vadisinin işğalı nəticəsində arxeoloji işləri davam etdirmək mümkün olmayıb.

K.İsmayılov əlavə edib ki, hazırda erməni saxtakarları Azərbaycanın işğal olunmuş ərazilərində guya ermənilərə məxsus olan şəhərlər tapdıqları haqqında bəyanatlar verir, bu zaman onların "nəticələrinə" zidd olan arxeoloji artefaktları məhv etməkdən çəkinmirlər. Məsələn, onlar Ağdam rayonu ərazisində "Tiqranakert şəhərinin" qalıqlarını "tapdıqlarını" iddia edirlər. Ola bilər ki, ermənilər Qarqarçay hövzəsində də növbəti "erməni şəhəri"ni tapdıqlarını elan edərək Qarabağın tarixən Ermənistana aid olduğunu bildirsinlər. Bu isə ermənilərin Qarabağın tarixinin və arxeologiyasının saxtalaşdırılması istiqamətində növbəti addımları olacaq.

Davamı var...

Xəbər lenti
0