QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mərakeş ulduzundan Azərbaycana dəstək

© Photo : Instagram / najwafarouk_officialНагва Фарук, фото из архива
Нагва Фарук, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Dağlıq Qarabağda əks-hücum əməliyyatı keçirərək əzəli torpaqlarını işğaldan azad edən Azərbaycan xalqına dəstəyini ifadə edib

BAKI, 1 noyabr – Sputnik. Mərakeşin məşhur müğənnisi Nəcva Faruk Azərbaycan xalqını dəstəkləyib.

Sputnik Azərbaycan bildirir ki, özünün Instagram səhifəsinin hekayə bölümündə müğənni Azərbaycan bayrağını yerləşdirib və azərbaycanlı dostlarını qeyd edib. Bu hərəkəti ilə müğənni Dağlıq Qarabağda əks-hücum əməliyyatı keçirərək əzəli torpaqlarını işğaldan azad edən Azərbaycan xalqına dəstəyini ifadə edib.

© Photo : Instagram / najwafarouk_officialNajva Farukun İnstagram hekayəsindən skrinşot
Mərakeş ulduzundan Azərbaycana dəstək - Sputnik Azərbaycan
Najva Farukun İnstagram hekayəsindən skrinşot

Nəcva Faruk Kasablankada doğulub. Uşaq yaşlarından oxuyur. O, Mawjouaa Galbi, Khalouni Neich, Lemen Nechki, Nti Sbabi / Mazal Mazal kimi mahnılarıyla məşhurlaşıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

İndiyədək müzəffər ordumuz Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda 200-dən çox yaşayış məntəqəsini erməni işğalından azad edib.

Xəbər lenti
0