Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Manga" qrupunun solisti azərbaycanlı müğənni ilə duet oxudu

© AFP 2023 / KYRRE LIEN Выступление группы Manga на Евровидении 2010
Выступление группы Manga на Евровидении 2010 - Sputnik Azərbaycan
Abunə olmaq
S.Ələkbərzadənin bəstəsi olan "Ana Vatan" adlı mahnını birlikdə oxumaq təklifi F.Akgüldən gəlib. Onun məqsədi Qarabağın işğaldan azad olmasına dəstəkdir

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Bir aydır ki, davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə bu axına Türkiyənin məşhur "Manga" qrupunun solisti Ferman Akgül də qoşulub.

F.Akgül azərbaycanlı müğənni Sevda Ələkbərzadə ilə duet oxuyub. S.Ələkbərzadənin bəstəsi olan "Ana Vatan" adlı mahnını birlikdə oxumaq təklifi F.Akgüldən gəlib. Onun məqsədi Qarabağın işğaldan azad olmasına dəstəkdir. Müğənni klipin çəkilişləri üçün Bakıya gəlib.

Xəbər lenti
0