Televizora baxan adam, arxiv şəkli

Məşhur serialdan Azərbaycana dəstək

138
(Yenilənib 19:16 21.10.2020)
"Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər"

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanlıların da sevə-sevə izlədiyi Türkiyənin məşhur "Kalk Gidelim" serialında Azərbaycan haqda bəhs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, TRT-də yayımlanan ekran işində Azərbaycanın işğalçı Ermənistanla savaşından söz açılıb.

Serialın 125 bölümündə Seyfeddin Dal obrazını canlandıran aktyor Ufuk Özkan bu sözləri deyib:

"Cümhuriyyət rahat qurulmadı. Türk 1920-də də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər. Davalarında haqlıdırlar. Bunu bütün dünya belə bilsin".

Daha sonra isə ekran işində Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

138
Teqlər:
serial, dəstək, Azərbaycan, Türkiyә, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Əlaqədar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar
Emiliya Həmidova, arxiv şəkli

Avropanın ən gözəl qızı azərbaycanlı seçildi

84
(Yenilənib 19:58 29.11.2020)
Qalibləri sms səsvermə və münsiflər heyətinin qiymətləndirilməsi ilə seçiblər. Mükafatlandırma mərasimi Vegas City Hall-da keçirilib, ötən illərin iştirakçıları da mərasimə qatılıblar

BAKI, 29 noyabr – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı model Emiliya Həmidova beynəlxalq Miss Universe-2020 (“Miss Kainat”) gözəllik yarışının qaliblərindən olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada keçirilən müsabiqədə Həmidova “Miss Avropa” seçilib.  

Layihədə müxtəlif ölkələrdən qızlar iştirak ediblər. Qalibləri sms səsvermə və münsiflər heyətinin qiymətləndirilməsi ilə seçiblər. Mükafatlandırma mərasimi Vegas City Hall-da keçirilib, ötən illərin iştirakçıları da mərasimə qatılıblar.

Həmidova Bakıda doğulub-böyüyüb. Kiçik yaşlarından özü pul qazanmaq həvəsində olub və buna nail olub. 14 yaşından etibarən Həmidova model biznesində işləməyə başlayıb, bir çox layihələrdə iştirak edib. O, Moskva Dövlət Mədəniyyət İnstitutunun aktyorluq fakültəsinin dördüncü kursunda təhsil alır. Model biznesində fəaliyyəti ilə yanaşı, həmçinin Rusiya serial və filmlərində də çəkilir.

84
Teqlər:
Emiliya Həmidova, gözəl, münsif, sms, Moskva, Miss Avropa, Miss Universe, azərbaycanlı, model
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona