CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə Azərbaycana iki mahnı bəstələndi

© AFP 2023 / OZAN KOSEМужчина с национальными флагами Азербайджана и Турции
Мужчина с национальными флагами Азербайджана и Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Qrupun solisti Cengizhan Enginin sözlərinə görə, Azərbaycanda yaşanılan sıxıntılar Türkiyədə də müəyyən hisslər yaradıb

BAKI, 15 oktyabr — Sputnik. Türkiyədə "Rüzgarlı Tepe'nin Çocukları" və Esenler Belediyesi Sanat Evi (ESEV) təlimçiləri Azərbaycana dəstək məqsədilə konsert veriblər.

ESEV müəllimləri və musiqi təhsili alan şagirdlər Azərbaycana dəstək üçün iki mahnı bəstələyiblər.

ESEV tərkibində olan "Rüzgarlı Tepe'nin Çocukları" adlı qrup bu dəfə "Can Azərbaycan" və "Azərbaycan-Türkiyə" adlı mahnılar bəstələyiblər.

Qrupun solisti Cengizhan Enginin sözlərinə görə, Azərbaycanda yaşanılan sıxıntılar Türkiyədə də müəyyən hisslər yaradıb: "Azərbaycan belə sıxıntılar yaşadığı üçün biz də səsimizi bir yerlərə çatdırmağa çalışdıq".

Qrupun üzvləri bəstələdikləri mahnılarla Azərbaycana dəstək olduqlarını dilə gətiriblər.

 

Xəbər lenti
0