Mahsun Kırmızıgül

Mahsun Kırmızıgül Gəncədə baş verən erməni terroruna qarşı münasibətini bildirib

158
(Yenilənib 16:50 14.10.2020)
O, paylaşıma: "Bu uşaqlar yazıqdır. Müharibənin qalibi olmaz. Gəncədə mülki vətəndaşlara edilən hücumu qınayıram. Azərbaycan xalqının yanındayım", - sözlərini qeyd edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgül bir neçə gün əvvəl ermənilərin Gəncədə törətdiyi terror hadisəsinə biganə qalmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, M.Kırmızıgül sosial şəbəkədə ermənilərin atdığı raket nəticəsində Gəncədə yaralanan uşaqların fotolarını paylaşıb.

O, paylaşıma: "Bu uşaqlar yazıqdır. Müharibənin qalibi olmaz. Gəncədə mülki vətəndaşlara edilən hücumu qınayıram. Azərbaycan xalqının yanındayım", - sözlərini qeyd edib.

View this post on Instagram

A post shared by Mahsun Kırmızıgül (@fanmahsun) on

Müğənni həmçinin #stoparmenianagression, #ganja , #gəncə, #gencə, #stoparmenianterrorism adlı həştəqlər paylaşıb. Qeyd edək ki, ulduz bundan əvvəl də Azərbaycan Ordusuna dəstək yönümlü paylaşımlar edib.

158
Teqlər:
Mahsun Kırmızıgül, dəstək, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (884)
Əlaqədar
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
Türkiyəli müəllim nişan üzüyünü Azərbaycan Ordusuna bağışladı
Elif Şafakın kitablarının satışı və tərcüməsi dayandırılıb
Ərdoğan və Trampın rəsmi nümayəndələri: Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır
Kanadada ermənilər türklərə və azərbaycanlılara hücum ediblər

İstanbuldan azərbaycanlı generala böyük sayğı - Polad Həşimov kitabxanası yaradılır

17
(Yenilənib 21:37 31.10.2020)
İstanbulda Polad Həşimovun şərəfinə adlandırılacaq kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

BAKI, 31 oktyabr - Sputnik. İstanbulda yeni kitabxanaya 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov adı veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin "Azərbaycan- Türkiyə" Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib.

Kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

Xatırladaq ki, yaxın günlərdə qardaş ölkənin Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınmış böyük parka da şəhid general Polad Həşimovun adı verilib.

17
Rəssam, arxiv şəkli

"Yenə o bağ olaydı" səyyar sərgisi davam edir

15
"YARAT" Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi "Yenə o bağ olaydı" adlı səyyar sərgisinin vaxtı uzadılıb. Sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq

BAKI, 30 oktyabr — Sputnik. "YARAT" Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi "Yenə o bağ olaydı" adlı səyyar sərgisinin vaxtı uzadılıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq. Sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Musa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və tanınmış italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət olunur. Həmçinin "YARAT" "Nargis Magazine" ilə birgə əməkdaşlıq çərçivəsində "Recycle Project" (2019) layihəsinə daxil olan "Pablik art" proqramını təqdim edir. Burada Rəşad Ələkbərovun "Reuse, Reduce, Recycle" installyasiyası nümayiş olunur.

15
Əlaqədar
Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü
Rəssam Gəncə terrorunun qurbanlarının fotolarından illüstrasiya hazırlayıb
Ailəsində yaşanan problemlər onu rəssam edib, amma bu işdən pul qazanmaq istəmir
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə