Mikrofon, arxiv şəkli

Dünya şöhrətli reper ermənilərə dəstək yönümlü postunu silib

119
(Yenilənib 10:10 09.10.2020)
Azərbaycandan olan "Instagram" izləyiciləri postun şərh bölməsində Qarabağ həqiqətlərini - ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsi, Xocalıda baş verən soyqırım barədə məlumatlar yerləşdiriblər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Amerikalı hip-hop ifaçısı reper Nas (Nasir Jones) ermənilərə dəstək məqsədilə özünün "Instagram" hesabında post paylaşmışdı. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycandan olan "Instagram" izləyiciləri postun şərh bölməsində Qarabağ həqiqətlərini - ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsi, Xocalıda baş verən soyqırım barədə məlumatlar yerləşdiriblər. Reper azərbaycanlı izləyicilərin şərhlərindən sonra postu silib.

Qeyd edək ki, britaniyalı musiqiçi Elton Con da erməni silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağdakı hərbi əməliyyatlara reaksiya göstərərək, ermənilərlə həmrəylik nümayiş etdirmişdi. Onun bu statusu azərbaycanlı və türk izləyicilərinin hiddətinə səbəb olub. Onlar şərh bölməsində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, torpaqlarımızın zəbt edilməsi və bir çox tarixi faktları qeyd ediblər. Müğənni bu şərhlərdən nəticə çıxarıb, həmin statusu silib.

Bundan başqa, dünyaca məşhur repçi Kardi B də ermənilərə dəstək məqsədilə post paylaşmışdı. Lakin o da azərbaycanlılardan üzr istəyib. Kardi açıqlamasını "Çox üzr istəyirəm, biz araşdırmadıq" başlığı ilə yayıb. Repçi daha sonra Nigar Xəlilova adlı istifadəçinin "Onlayn təhsillə tarix öyrənir! Kardi B terrorizmi dəstəkləyir" tvitinə cavab verib: "Terrorizmi dəstəkləmirəm. Mən bunu yalnız baş verənlər haqqında heç bir araşdırma aparmadan, dostuma görə yazmışdım. Buna görə təəssüf edirəm. Mən müharibəni sevmirəm. Mən iki ölkə arasında münaqişələri sevmirəm. Nöqtə. Onun (müharibənin – red.) günahsız insanlara zərər vurmasına nifrət edirəm".

119
Əlaqədar
Ermənilərin tərəfini saxlayan Elton Con peşman oldu
Elton Con ermənilərə dəstək yönümlü paylaşımını sildi
Kitab, arxiv şəkli

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

5
(Yenilənib 12:40 27.10.2020)
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun "Seçilmiş əsərləri" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

"Teatrın tarixi və texnikası haqqında", "O.M.Meyerholda məktublardan", "Gündəlikdən (1907–1912-ci illər)", "Fırtına", "Maskarad", "Teatr qeydləri", "Alicənab dəyyus", "Ürpənən torpaq", "Meşə", "Bubus müəllim", "Mandat", "Müfəttiş" adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlar ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, "Biomexanika" adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur "Teatr Oktyabrı" proqramının müəllifidir. "Don Juan" (Molyer), "Müfəttiş" (N.Qoqol), "Hedda Qabler" (H.İbsen), "Mandat" (N.Erdman), "Elektra" (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Repressiya illərində azadlıqdan məhrum edilib və 1940-cı ildə həbsxanada güllələnib.

5

Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda

33
(Yenilənib 08:32 27.10.2020)
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim bütün dünyada on illər boyu populyarlıq və tamaşaçı sevgisi qazanan Azərbaycan filmindən söhbət açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminin premyerası 1945-ci ilin oktyabr ayında baş tutub. Elə həmin il ekran əsəri Stalin mükafatına layiq görülüb.

“Arşin mal alan” musiqili filmini zaman keçdikcə XX əsrin əvvəlindəki Azərbaycan həyat tərzinin ensiklopediyası saymağa başladılar. Kollektiv bütün zamanların filmini yaradıb desək, yanılmarıq. Onu ərsəyə gətirənlər arasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun, bəstəkar Niyazinin adını çəkmək yetər. Hələ rolları paylaşan aktyorlar... Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (Məşədi İbad) yaratdıqları obrazlar sanki beynimizə həkk olunub, doğmalarımıza çevrilib.

Romantik əhvalat üzərində qurulan, yumor və mahnıyla dolu film haqda daha ətraflı Cəbiş müəllimin dilindən eşidək.

33
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Nazirlik: Tərtər şəhəri rayonun kəndləri atəşə tutulur

0
Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə