Məşhur azərbaycanlı müğənni Dilarə Kazımova Hərəm mahnısına klip çəkilişi zamanı

Dilarə Kazımova ermənilərin virtual hücumuna məruz qalıb

439
(Yenilənib 22:42 08.10.2020)
Ermənilər müğənninin mesaj qutusuna, paylaşdığı postların şərh bölməsinə qeyri-etik rəylər yazıblar. Eyni zamanda ifaçının rəsmi hesabı şikayətlərə məruz qalıb

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanı 2014-cü ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova sosial şəbəkələrdə ermənilərin virtual hücumuna məruz qalıb.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb gənc ifaçının Azərbaycanın Ermənistan ordusu tərəfindən hücuma məruz qalması və Dağlıq Qarabağ həqiqətləri barədə videoçıxışını "Instagram" hesabında paylaşması olub.

Sənətçinin ingilis dilində sözügedən çıxışı qısa müddət ərzində "Instagram" və "Facebook" səhifələrində paylaşılıb, hekayələrdə "repost" edilib.

Ermənilər müğənninin mesaj qutusuna, paylaşdığı postun şərh bölməsinə qeyri-etik rəylər yazıblar. Eyni zamanda ifaçının rəsmi hesabı şikayətlərə məruz qalıb. O, hesabının bloklanmaması üçün çıxışının daha çox paylaşılmasını xahiş edib.

439
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Kərimov: "Bu, islam dünyası üçün bir təhqirdir"

27
(Yenilənib 18:59 28.10.2020)
Anar Kərimov hesab edir ki, Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi beynəlxalq təşkilatlar tərəfindən lazımınca pislənəcək.

BAKI, 28 oktyabr — Sputnik. İşğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Zəngilandakı məscid tövlə kimi istifadə edilib:

"Zəngilandakı məscidlə bağlı ürəkağrıdıcı mənzərəni görmüsünüz. O, tövlə kimi istifadə edilib. Bu, beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün bir təhqirdir. Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və onlara dəyər veriləcək. Biz ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq".

27
Sənədin imzalanması

Mədəniyyət Nazirliyində islahatlar davam edir

20
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Əmrə əsasən yeni kadr təyinatları həyata keçirilib

BAKI, 28 oktyabr — Sputnik. Akif Marifli Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Rəşad Əliyev təyin edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sadıxova həvalə edilib.

20

Bərdə Goranboy yenə atəş altında

0
(Yenilənib 12:38 29.10.2020)
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır

BAKI, 29 oktyabr — Sputnik. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Müdafiə Nazirliyi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edildiyini açıqlayıb: "Qeyd olunur ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".

0
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan ordusu, atəş, dinc sakinlər, Bərdə, Goranboy
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub
Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb
Ermənistanın Qarabağda zərərsizləşdirilən hərbçilərinin sayı 1100-ü keçdi
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib