Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Xalq artisti Ordumuza sovqat göndərib

63
(Yenilənib 17:45 07.10.2020)
"Səfərbərlik Xidmətindın səbrsizliklə çağırış sms-i gözləyirəm - yeganə qanuni, icazəli yol budur. Tələb olunduğum an böyük sevgi və həvəs ilə yola düşəcəyəm"

Şahpəri Abbasova, Sputnik Azəbaycan

BAKI, 7 oktyabr — Sputnik. Xalq artisti Faiq Ağayev Ordumuza sovqat göndərib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni əsgərlərimizə məktub da ünvanlayıb: "Əziz, sevimli, igid qardaşlarım! Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir! Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın! Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun! Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun! İnşallah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!"

Посмотреть эту публикацию в Instagram

Публикация от Faiq Ağayev (@faiqagayev)

İzləyicilərin "siz də səfərbərlik xidmətində qeydiyyatdan keçmisiniz, sizə çağırış gəlib?" sualına Xalq artistinin cavabı belə olub: "Səfərbərlik Xidmətindən səbrsizliklə çağırış sms-i gözləyirəm. Yeganə qanuni, icazəli yol budur. Tələb olunduğum an böyük sevgi və həvəs ilə yola düşəcəyəm, inşallah. Allah nəsib etsin!"

63
Teqlər:
Faiq Ağayev, yardım, xalq artisti, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Əlaqədar
Pensiyasını orduya bağışlayan Hikmət baba: "İndi ayaqqabı almağın vaxtı deyil..."
Emin Ağalarov ön cəbhədə baş verənlərlə bağlı yalan məlumat yayanlara səslənib
Orduya dəstək olmaq istəyənlər üçün təlimat yayıldı
Kardi B azərbaycanlılardan üzr istəyib - "Biz araşdırmadıq"
Türkiyəli deputatlar səfirliyə müraciət etdi: Dəstək üçün Bakıya gəlmək istəyirlər
Çəkiliş, arxiv şəkli

Kino karyerasına başlamaq istəyənlər üçün əla fürsət

10
(Yenilənib 19:29 15.04.2021)
Maksimum 200 sözdən ibarət motivasiya məktubunda öz məqsədini qeyd edib, "Niyə məhz sən?" sualını cavablandırmaq lazımdır.

BAKI, 15 aprel — Sputnik. "Debüt" Film Studiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən INTERACT kino tədrisi laboratoriyası çərçivəsində "INTERNact!" təcrübə proqramına start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihənin məqsədi film sənayesində çalışa biləcək gənc mütəxəssislər hazırlamaqdır. Proqram aprel ayında çəkiliş meydançasında ilkin biliklərin öyrədilməsi ilə başlanacaq. Növbəti mərhələdə isə, may ayından başlayaraq, gənclər həm milli, həm beynəlxalq qısa və tammetrajlı film çəkilişlərində təcrübəçi olaraq işə başlayacaqlar.

Gənclər kino karyerasının ilk addımlarını 4 əsas istiqamətdə atacaqlar. "Rejissor", "Prodüser", "Kamera və işıq", "Rəssam" departamentlərində təcrübəçi-assistent kimi çalışaraq həm praktiki biliklər qazanacaq, həm də bu sahənin ən yaxşı mütəxəssisləri ilə əlaqə qura biləcəklər.

Müraciət üçün motivasiya məktubu, CV və görülmüş işlərdən nümunələr tələb olunur. Həmçinin hər hansı yazılı nümunələr, vizual işlər və s. qəbul edilir.

Maksimum 200 sözdən ibarət motivasiya məktubunda öz məqsədini qeyd edib, "Niyə məhz sən?" sualını cavablandırmaq lazımdır.

Qeydiyyat üçün keçid: https://debutfilms.az/interact

10
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

760
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

760
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film
AstraZeneca peyvəndi, arxiv şəkli

Angela Merkel "AstraZeneca" ilə vaksinasiya olunacaq

0
Kansler prosedurun vacibliyini vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

BAKI, 16 aprel — Sputnik. Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunacaq. Bu barədə "Welt" nəşri məlumat yayıb.

Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı "AstraZeneca" preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.

Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

Xatırladaq ki, Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Maraqlıdır ki, Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa və İtaliya sözügedən preparatla vaksinasiya prosesinə ara verib. Daha sonra Danimarka "AstraZeneca"-nın peyvəndinin tətbiqini tamamilə dayandırıb.

0