CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağlıq Qarabağ uğrunda gedən əməliyyatlar Türkiyənin məşhur serialında

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidОтснятая кинопленка, фото из архива
Отснятая кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kənan MM: "Çox güman ki, bir neçə bölümdə Azərbaycan əsgərinin qəhrəmanlığını əks etdirmək üçün Türkiyəyə getməli olacam. Çəkiliş üçün pul almayacağam"

BAKI, 3 oktyabr — Sputnik. Dağlıq Qarabağ uğrunda gedən əməliyyatlar Türkiyənin FOX TV kanalında yayımlanan "Savaşçı" serialında əks olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, serialda rol alan rejissor-aktyor Kənan Mahmudov (Kənan MM) çəkilişlərdə iştirak etmək üçün tezliklə Türkiyəyə yollanacaq: ""Savaşçı" serialının ssenaristi Süleyman Çobanoğlu ilə danışdım. Ondan xahiş elədim ki, hazırkı Qarabağ uğrunda gedən əməliyyatlar mövzusuna serialda yer versinlər və razılıq verdilər. Çox güman ki, bir neçə bölümdə Azərbaycan əsgərinin qəhrəmanlığını əks etdirmək üçün Türkiyəyə getməli olacam. Çəkiliş üçün pul almayacağam".

Qeyd edək ki, ötən il Kənan MM Fox TV-də yayımlanan "Savaşçı" serialında yüzbaşı Bəxtiyar obrazını canlandırıb.

Xəbər lenti
0