Kinolent, arxiv şəkli

Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur - operatordan etiraz

346
(Yenilənib 16:48 02.10.2020)
"Əgər ssenarilərin qəbulu obyektiv keçirilsəydi, o seçimlərdə daha savadlı, demokrat, istedadlı insanlar iştirak etsəydilər, yaxşı filmlər çəkilərdi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Asif Qəhrəmanov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunudur. Uşaqlıqdan incəsənətə sevgisi olan qəhrəmanımız fotoqrafiya ilə maraqlanıb, fotolar çəkməyə başlayıb. Müsahibimiz Sputnik Azərbaycan-a danışarkən bildirib ki, anasının təkidi ilə İqtisadiyyat Universitetinə qəbul olunub, amma incəsənətə olan sevgisinə görə həmin universiteti yarımçıq qoyub: "Atam həmişə deyirdi ki, yaxşı olar ki, sən operator olasan.

Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə (ÜDKU) daxil olsan, yaxşı olar. Amma o zamanlar Rusiyada vəziyyət gərgin idi. Mən məktəbi bitirdikdən sonra anam da dedi: "Yox, incəsənət adamlarının vəziyyəti pisdir, sən də ac qalacaqsan". Doğrudan da o dönəmlərdə incəsənət sahəsində çalışan insanların vəziyyəti çox çətin idi. Məcburən İqtisadiyyat Universitetinə qəbul oldum, amma oranı könülsüz oxudum. O qədər könülsüz oxudum ki, heç diplom müdafiəsinə girmədim, diplomdan imtina etdim. 2 il sonra İncəsənət Universitetinə - operatorluq fakültəsinə qəbul oldum. İlk işim, Yavər Rzayevin "İlahi məxluq" filmində bir müddət çalışdım. Bir neçə müddət Bakıda bir neçə studiyada fəaliyyət göstərdim".

Daha çox sənədli filmlərə fokuslanan operator deyir ki, sənədli filmlər bədii filmlərə nisbətən daha çox məsuliyyət tələb edir: "Sənədli film həm operativlik, həm də diqqət tələb edir. Tutaq ki, hansısa tarixi hadisə ilə bağlı sənədli film çəkilirsə, həmin tarixi hadisənin hər detalını araşdırmaq lazımdır ki, sonradan ona baxan tamaşaçı səhv tapmasın. Sənədli film faktlar üzərində qurulub. Bu gün çəkilən sənədli filmlərdə ən böyük problem budur".

"Bu gün dövlət büdcəsi hesabına şəhidlərimiz haqqında sənədli filmlər çəkilir. O filmləri necə qiymətləndirirsiniz?" sualına Asif Qəhrəmanovun cavabı belə olub:

"Açığını deyim, o filmləri quş qoymaq üçün çəkirlər. Milli qəhrəman haqqında filmi milli qəhrəmana layiq, kinodan başı çıxan adam çəkməlidir. Milli qəhrəmanın həyatını ən azından bir il araşdırmaq lazımdır. Mövcud filmlərin keyfiyyəti çox aşağıdır. Ona görə də baxa bilmirəm, hövsələm çatmır".

Həmsöhbətimiz bildirir ki, Azərbaycan kinosundakı problemlərin kökündə ADMİU-nun təhsil sistemindəki problemlər dayanır: "Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin maddi-texniki bazası bizim universitetdən çox yüksəkdir. Bizim ADMİU-da, demək olar ki, heç nə yoxdur. Hətta həvəskar kameralar belə çox zəifdir. Amma bizim çox savadlı müəllimlərimiz var. Mənim ADMİU-da kurs rəhbərim Əməkdar incəsənət xadimi Amin Novruzov olub. ÜDKU-da isə kurs rəhbərim Amin müəllimin qrup yoldaşı oldu. Kurs rəhbərim dedi ki, Amin Novruzov çox yaxşı tələbə olub, əlaçı olub. Həmin Universiteti "qırmızı diplom"la bitirib. Amin müəllim mənə bu sahənin nəzəriyyəsinin 90%-ni çatdırıb. Oraya gedəndə müəllimlərimin dedikləri artıq Amin müəllimdən eşitdiklərim idi".

Nailə İslamzadə: "Televiziyaya baxmıram, heç bir aparıcını bəyənmirəm" fikri dəyişməlidir>>

Qəhrəmanovun fikrincə, ADMİU Təhsil Nazirliyinin balansından çıxıb, Mədəniyyət Nazirliyinin balansına keçməlidir: "İncəsənət Univeristeti büsbütün Mədəniyyət Nazirliyi üçün kadrlar hazırlayır. Belə olan təqdirdə universitetin keyfiyyəti yüksələr. Mədəniyyət Nazirliyi də öz kadrlarının keyfiyyətli hazırlanması üçün maraqlı olar. İncəsənət Universitetinə xaricdən müəllimlər gəlməlidir. Bizim müəllimlər də xaricə transfer olmalıdır. Tələbələr göndərilməlidir".

"Bizim universitetimizdə operator ixtisası üzrə təhsil səviyyəsi olduqca zəifdir. Müasir texnikalardan xəbəri yoxdur. Mən tam əminliklə deyə bilərəm ki, təkcə tələbələr yox, elə müəllimlər var ki, heç onların heç birinin müasir texnikadan xəbəri yoxdur.

Nə vaxtsa lent doğrayan adam gəlib montaj dərsi deyir. Başa düşməlidirlər ki, lent doğramaq tarixə qovuşub. Tələbələrə müasir montaj proqramları keçilməlidir. Amin müəllim bizə "Konstantin Vasiliç" kamerası haqqında dərs keçirdi. O kamera artıq muzeydədir, o, eksponatdır. Mən ona heç toxuna bilmərəm. Axı tarixə qovuşmuş kamera tələbənin nəyinə lazımdır? "Mercedes", BMW-ni sürmək üçün "Moskviç"i sürməyə ehtiyac yoxdur. Qınamıram Amin müəllimi, o, onu keçib", - deyə bildirdi.

30 ildən artıqdır ki, milli kinomuz tənəzzül dövrünü yaşayır. Müsahibimiz düşünür ki, kino azad olarsa, inkişaf edə bilər: "Diktə olunan kino inkişaf edə bilməz. Dövlət maraqlı ideyası, ssenarisi olan insanlara, əsl film çəkmək istəyən insanlara dəstək olmalıdır. Xarici studiyalarla müştərək işləməyə şərait yaradılmalıdır. Kinostudiyamızı inkişaf etdirmək lazımdır. Ora kino işçilərinin "pir"i, müqəddəs məkanı olmalıdır. Əlində maraqlı ideyası olan tələbə, məzun və ya hansısa kino işçisi oraya gedib, oranın texniki bazasından istifadə etməlidir".

Həmsöhbətimizin sözlərinə görə, kommersiya filminin inkişafı sənətlə paralel getməlidir: "Dünyada kino yarananda kommersiya xarakteri daşıyıb. Kino incəsənətin bir qolu yox, biznesin bir qolu kimi yaranıb. Sonradan incəsənətin bir qolu kimi inkişaf edib. Bizdə kommersiya inkişaf edir, amma sənət qalıb kənarda. Təbii ki, kinoteatrda popkorn yeyən tamaşaçı heç vaxt sənətə baxa bilməz. Kommersiya filmi melodram da, dram da, triller də ola bilər. Bizimkilər yapışıblar komediyadan".

"Deyirlər, azərbaycanlılar komediya sevirlər. Xeyr! Azərbaycanlılar "Təhminə"ni sevməyiblər? Bu xalq təkcə "Əhməd haradadır?"a baxmayıb ki. "Yeddi oğul istərəm"ə də baxıblar, "Arxadan vurulan zərbə"yə də baxıblar, "Qara "Volqa""ya da baxıblar. Hər şeyi "dadlı bişirmək" lazımdır", - deyə Qəhrəmanlı əlavə edib.

Ötən əsrin 60-70-ci illərində kifayət qədər müharibə mövzusunda filmlər lentə alınıb. 1941-45 müharibəsi illərində kinematoqrafçılarımız arxa və ön cəbhədə xalqımızın hünərindən bəhs edən onlarla sənədli film, o cümlədən xeyli sayda bədii film çəkiblər. 30 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır. Amma təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi, müharibədə ön və arxa cəbhədə qəhrəmanlıq göstərən insanlar haqqında çox az filmlər çəkilir. Halbuki erməni qəsbkarlarının cinayətlərini dünyaya çatdırmaq üçün kino əvəzedilməz sahədir: "Təəssüf ki, Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur. "Fəryad" filmi var, amma tək gül ilə bahar olmaz. Bəzi filmlər pul xətrinə çəkilib. Niyə lazımi filmlər çəkilmir? Bu sualı hazırda Mədəniyyət Nazirliyindəki vəzifəsindən uzaqlaşan Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədova və sabiq nazir Əbülfəs Qarayevə vermək lazımdır ki, niyə bu filmləri maliyyələşdirmisiniz? Gəlin o filmə baxaq. Sənədlərdə o filmə ayrılan maliyyəni kadrda görürük? - Yox! Səbəb elə budur".

Müsahibimiz bildirir ki, müharibə mövzusunda çəkilən filmlərin uğursuz alınmasının səbəbi həm də ssenarilərin zəif olmasıdır: "Əgər ssenarilərin qəbulu obyektiv keçirilsəydi, o seçimlərdə daha savadlı, demokrat, istedadlı insanlar iştirak etsəydilər, yaxşı filmlər çəkilərdi. Dövlət düzgün kino siyasəti aparsa, düzgün kino strategiyası aparsa, filmlərimiz "Kann"a da, "Berlin"ə də, hətta "Oskar" da gedə bilər. Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və s. rejissorlar da bu torpağın insanlarıdır. Niyə onlar bacardılar, biz yox? Baxmayaraq ki, onların zamanında çox böyük senzura var idi. Burada təhsilin də rolu var. Onlar ÜDKU-da oxuyublar".

Qəhrəmovun sözlərinə görə, milli kinomuzdakı mövcud problemlərdən biri də tələbələrin test üsulu ilə qəbul olunmasıdır:

"Mən imtahan verəndə bir nəfər də mənimlə birlikdə imtahan verirdi. Fotoları möhtəşəm idi. Sonradan onu qrupumuzda görməyəndə məyus oldum. Testdən yüksək bal toplayan daxil olub, hansı ki, bu, onu qətiyyən maraqlandırmır. Amma sənəti sevən qalıb kənarda. ADMİU-nun 4-cü kursunda oxuyanda bir tələbə yaxınlaşdı ki, gəl film çəkək. Dedim çəkək. Dedim, bədii ssenaridir, yoxsa rejissor ssenarisi? Dedi, nə? Təsəvvür edin, adam universiteti bitirir, o da 4-cü kursda oxuyur. Hələ bunun fərqini bilmir. Dedi, əşi, neyləyirəm kinonu, mən DJ olacam. DJ olmaq istəyəni gətirib rejissorluğa salandadır günah. Bizim qrupumuzda 18 nəfər idik, hanı o operatorlar? - Yoxdur".

Müsahibimiz özünü bu sahədə nakam hesab edir: "Mən ÜDKU-ya daxil olanda ərizə yazdım. Mənə öhdəlik yazdırdılar ki, 5 il gəlib Azərbaycanda kinematoqrafiyanın inkişafına dəstək verə, lazım gələrsə də pedoqoji təhsillə də məşğul ola bilərsən. Çox sevindim, həqiqətən də mənim müəllimlik etməyə həvəsim var. İstəyirəm, burada gördüyüm təhsili yox, orada gördüyüm təhsili burada tətbiq edim. Mən operatorluqdan nakam qalmışam. İstəmirəm, indiki gənclər nakam qalsınlar. Atam da aktyor sənətindən nakam qalıb. Onun da gənclik illəri müharibə dövrünə təsadüf edib, məcburən uzaqlaşıb. İstəmirəm, o uşaqlar nakam qalsınlar. Gəldim ADMİU-ya, bundan əvvəlki rektor Fərəh Əliyeva ilə görüşdüm. O razılaşdı, amma kino kafedrasının müdiri Rafiq Quliyev soruşdu ki, "sən bədii filmə quruluş vermisən?" Dedim, "xeyr". İnandırım sizi ki, bizim universitetdə elə müəllimlər var ki, onların kinodan anlayışları yoxdur. Mənim çəkdiyim 20-dən artıq sənədli filmim film sayılmır?"

Asif Qəhrəmanov əlavə edib ki, son vaxtlar gənclərin xarici festivalda iştirak etməsi kino sahəsinin inkişafına təkan yarada bilər: "Son vaxtlar kino sahəsində irəliləyiş var. Kinomuzu Mədəniyyət Nazirliyi yox, xarici festivallarda iştirak edən gənclər dirçəldəcəklər".

346
Teqlər:
müsahibə, operator, kinorejissor, kinofestival, kino, mədəniyyət, film, Qarabag
Əlaqədar
Avetisyanın filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb
Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib
Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq
Xalq artisti: "Azərbaycan kinosunun biznes tərəfinin qurulmasına ehtiyac var"
Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

100
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

100
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Televizora baxan adam, arxiv şəkli

Məşhur serialdan Azərbaycana dəstək

85
(Yenilənib 19:16 21.10.2020)
"Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər"

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanlıların da sevə-sevə izlədiyi Türkiyənin məşhur "Kalk Gidelim" serialında Azərbaycan haqda bəhs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, TRT-də yayımlanan ekran işində Azərbaycanın işğalçı Ermənistanla savaşından söz açılıb.

Serialın 125 bölümündə Seyfeddin Dal obrazını canlandıran aktyor Ufuk Özkan bu sözləri deyib:

"Cümhuriyyət rahat qurulmadı. Türk 1920-də də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər. Davalarında haqlıdırlar. Bunu bütün dünya belə bilsin".

Daha sonra isə ekran işində Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

85
Teqlər:
serial, dəstək, Azərbaycan, Türkiyә, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
(2:08 / 17.65Mb / просмотров видео: 88)

Ermənistan silahlı qüvvələrinin ələ keçirilən növbəti hərbi texnikalarının görüntüsü

0
Ermənistan silahlı qüvvələrinin hissə və bölmələri geri çəkildikləri mövqelərdə hərbi texnikaları atıblar.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.

Bu gün səhər Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

 

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə