Stilist Anar Ağakişiyev, arxiv şəkli

Stilist Anarın dəyişdiyi türkiyəli məşhur özünə bənzəmədi

39
(Yenilənib 00:59 25.09.2020)
Stilist Anar Türkiyənin "diva"sı Bülənt Ərsoyu dəyişdirdi və sosial şəbəkədə kəskin müzakirələrə səbəb oldu.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Stilist Anar Ağakişiyev bu dəfə Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, stilist bu dəyişimi özünün "Facebook" səhifəsində paylaşıb. Anar Ağakişiyevin əl işi insanların geniş müzakirəsinə səbəb olub.

Qeyd edək ki, Anar Ağakişiyev ölkənin ən məşhur müğənni və aktrisalarının imicini dəyişib. O, bundan başqa Before/after layihəsi vasitəsi ilə simasında qüsur olan qadınların da imicini dəyişib. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin "Core time" qrupunda müsabiqə iştirakçıları ilə çalışıb. Stilist bundan əlavə, bir çox düya ulduzlarının imicini dəyişib.

39
Əlaqədar
Günay İbrahimli Bülənt Ərsoyla fotosunu paylaşdı
Bülənt Ərsoydan niyə qorxurlar?

Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda

29
(Yenilənib 08:32 27.10.2020)
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim bütün dünyada on illər boyu populyarlıq və tamaşaçı sevgisi qazanan Azərbaycan filmindən söhbət açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminin premyerası 1945-ci ilin oktyabr ayında baş tutub. Elə həmin il ekran əsəri Stalin mükafatına layiq görülüb.

“Arşin mal alan” musiqili filmini zaman keçdikcə XX əsrin əvvəlindəki Azərbaycan həyat tərzinin ensiklopediyası saymağa başladılar. Kollektiv bütün zamanların filmini yaradıb desək, yanılmarıq. Onu ərsəyə gətirənlər arasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun, bəstəkar Niyazinin adını çəkmək yetər. Hələ rolları paylaşan aktyorlar... Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (Məşədi İbad) yaratdıqları obrazlar sanki beynimizə həkk olunub, doğmalarımıza çevrilib.

Romantik əhvalat üzərində qurulan, yumor və mahnıyla dolu film haqda daha ətraflı Cəbiş müəllimin dilindən eşidək.

29
Xarı Bülbül Mərkəzi

"Xarı bülbül"ü yaşadanlar - Yəhudi müəllim Qarabağ zərgərliyini öyrədir

55
(Yenilənib 01:58 27.10.2020)
Eduard Şamaryayev: "Xarı bülbül"ü yaradan elə yaradıb ki, biz onun eynisini yarada bilmirik. Bunun üçün müasir texnologiyalar zərgərlərin köməyinə gəlir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Ali Baş Komandanımızın əmri və müzəffər Azərbaycan Ordusunun uğurla irəliləməsi sayəsində torpaqlarımız işğaldan azad olunur. Zəngin mədəni irsə malik olan Qarabağ torpaqlarının işğaldan azad olunması isə bir çox sahələrin yenidən dirçəlməsi deməkdir.

Qarabağ həm də özünün zəngin faydalı qazıntıları və zərgərlik məktəbi ilə də məşhur olub. Bu gün Qarabağ zərgərliyinin inkişafı və tanınmasına öz töhfəsini verən mərkəzlərdən biri də qaçqın və məcburi köçkünlərin evlə təmin olunduğu "Qobu Park-3" Yaşayış Kompleksində bu ailələrin uşaqları üçün ödənişsiz təlimlərin təşkil olunduğu "Xarı Bülbül"dür. Burada Qarabağ xalçası, kələğayısı ilə yanaşı, zərgərliyi də tədris olunur.

Qarabağ zərgərliyi iki müəllim tərəfindən tədris olunur ki, onlardan da biri əslən yəhudi olan Eduard Şamaryayevdir.  Şamaryayev Sputnik Azərbaycan-a maydan etibarən fəaliyyətə başlayan kurs haqda ümumi məlumat verib:

© Sputnik / Nigar Iskanderova
Xarı Bülbül Mərkəzi

"Burada uşaqları lazım olan materiallar, alətlərlə, eyni zamanda da gümüşlə təmin edirik. Sonda bu uşaqların işlə təmin edilməsinə də yardım göstərəcəyik. Məsələn, onlardan ikisini burada müəllim saxlayıb yüksək maaş verəcəyik, digərlərini isə şəhərdə işlə təmin edəcəyik".

Şamaryayevin sözlərinə görə, hazırda mərkəzdə iki zərgər Qarabağ zərgərliyini tədris edir: "Şahin müəllim müasir zərgərliyi tədris edir, mən isə ənənəvi zərgərliyi öyrədirəm. Elə nümunələr var ki, onları əllə hazırlamaq mümkün deyil. "Xarı bülbül"ü yaradan elə yaradıb ki, biz onun eynisini yarada bilmirik. Bunun üçün müasir texnologiyalar zərgərlərin köməyinə gəlir. Dizayn proqramları vasitəsi ilə həmin model yığılır, daha sonra 3D printerlə həm material şamla damcı-damcı çap olunur və yavaş-yavaş həmin model yığılır. Daha sonra şam donur qalır, printer söndürülür və beləcə qəlib götürülür".

Müəllim qeyd edib ki,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Nəsimi Nərimanovun dəstəyi ilə onlara lazım olan avadanlıqları əldə edə bilirlər. 

© Sputnik / Nigar Iskanderova
Xarı Bülbül Mərkəzi

Onun sözlərinə görə, müasir zərgərliyin əsas üstünlüyü bütün dünyadan sifarişlərin götürülməsindədir. Bundan başqa, tələbələr bir ay öyrəndikdən sonra artıq sifarişlər götürməyə başlayırlar. Bu zaman onlara müəllimləri də kömək edir.

Burada Qarabağ zonasına aid əşyalar toplanaraq onların zərgərlik baxımdan əhəmiyyəti öyrənilir. 15-20 tələbədən ibarət təlim kursunda artıq qaçqın statusundan azad olunan gənclər də var. 

Artıq bəzi tələbələr bu gün müəllimlik statusu alaraq həm qazanc əldə edir, həm də tələbə yetişdirirlər. Həmsöhbətimiz deyir ki, ABAD-ın Quba mərkəzində bir müddət əvvəl tələbəsi olan gənclər bu gün artıq yüksək maaşla orada müəllim olaraq çalışırlar.

© Sputnik / Nigar Iskanderova
Xarı Bülbül Mərkəzi

22 ildir bu işlə məşğul olan, zərgərliyi tədris edərək sənətin bütün xırdalıqlarını tələbələrinə öyrədən Şamaryayev deyir ki, burada tələbələr çətindən asana doğru öyrənərək biliklərini tamamlayırlar:

"Kursumuz həm nəzəriyyə, həm də praktikadan ibarətdir. Nəzəriyyə hissəsində unsiyalar, qiymətlər, metalların fərqlilikləri və s . öyrədilir. Çünki zərgər tək zərgərliyi yox, iqtisadiyyatı, kimyanı, fizika, coğrafiya. tarix və incəsənəti bilməlidir. Mənim bütün bu bilikləri özündə cəmləyən proqramım var. Praktikada ilk olaraq metal seçilir. Əşyanın layihəsi çəkilir".

E.Şamaryayev deyir ki, müəssisənin rəhbəri, Laçından olan Azər Rəsulov və Xalça Muzeyinin böyük dəstəyi ilə Qarabağ zərgərliyinə aid nümunələrin fotoları toplanıb.

© Sputnik / Nigar Iskanderova
Xarı Bülbül Mərkəzi

Söhbət əsnasında metalın əridilməsi, valts adlanan alətdə yayılması, müxtəlif ölçülərdə, eyni zamanda da insan tükü qalınlığınadək məftillərin çəkilməsi, ləhimləmə əməliyyatları, elementlərin birləşdirilməsi, bir sözlə, zərgərlik nümunələrinin necə hazırlanması prosesinin şahidi olduq.

Burada tələbələrin ilk əli işlərindən ibarət muzey də fəaliyyət göstərir. E.Şamaryayev deyir ki, gələcəkdə  İçərişəhərdə Komitə tərəfindən mərkəzdə ərsəyə gələn əl işlərinin satışını həyata keçirən dükanın açılması da planlaşdırılır.

55
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusla bağlı rekord: Bir gündə 25-dən çox adam öldü

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 80410-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1600 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1222-ə çatıb. Xəstəlikdən sağalanların sayı 51814 nəfər olub. Hazırda bu ölkədə 27027 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0