Müslüm Maqomayev, arxiv şəkli

Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə keçirilir

14
(Yenilənib 19:48 22.09.2020)
Müsabiqədə 16-40 yaş arası peşəkar müğənnilər iştirak edə bilərlər. İştirakçılar noyabrın 15-dək onlayn müsabiqədə iştirak edəcəklər.

BAKI, 22 sentyabr — Sputnik. Dekabrın 3-6-da Ukraynanın Truskavets şəhərində keçiriləcək dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan III Beynəlxalq Vokalistlər Müsabiqəsinin seçim mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə Truskavets şəhər meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Müsabiqədə 16-40 yaş arası peşəkar müğənnilər iştirak edə bilərlər. İştirakçılar noyabrın 15-dək onlayn müsabiqədə iştirak edəcəklər. Daha sonra dekabrın 3-6-da müsabiqə iştirakçılarının qalibləri münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər pul və bahalı hədiyyələrlə mükafatlandırılacaqlar.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər.

14
Teqlər:
müsabiqə, Ukrayna, vokal, müğənni, Müslüm Maqomayev
Əlaqədar
Yenə öz xislətlərini göstərdilər - Ermənilər bu mahnımıza da "hücum" etdilər
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Fransanı heyran qoyan azərbaycanlı müğənni yeni klipini təqdim etdi
Tanınmış müğənni: "Sanki üzərimizdə eksperiment aparılır"
Dəbdəbəli həyatdan üzüaşağı: Pandemiya kabusu şou əhlinə necə təsir edib?
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

11
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

11
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif
Aygün Kazımova, arxiv şəkli

Rusiyanın məşhur müğənnisi Aygün Kazımovanı təbrik edib

22
(Yenilənib 20:30 26.01.2021)
Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb

BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.

22
Teqlər:
təbrik, ad günü, Filipp Kirkorov, Aygün Kazımova
Romada Leonardo da Vinçi adına (Fyumiçino) hava limanı

Nigeriya sahillərində öldürülən azərbaycanlının cəsədi Bakıya gətirildi

0
(Yenilənib 11:31 27.01.2021)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

BAKI, 27 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

0
Teqlər:
Türkiyə, Bakı, Nigeriya, Qabon, dəniz quldurları