Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Buker mükafatının qısa siyahısı elan olunub

© AP Photo / Frank AugsteinБукеровская премия
Букеровская премия - Sputnik Azərbaycan
Abunə olmaq
Mükafatın finalçıları 2.5 min funt-sterlinq əldə edəcək, bundan başqa kitabları xüsusi tirajla çap ediləcək. Qalib isə 50 min funt-sterlinq qazanacaq

BAKI, 16 sentyabr — Sputnik. Buker mükafatının qısa siyahısı elan olunub. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qısa siyahıya amerikalı yazıçılar Dayan Kuk, Avni Doşi və Brendon Teylor, Zimbabvedən olan Sisi Danqarembqa, Efiopiya-Amerika yazıçısı Maaza Menqiste və Amerika-Şotlandiya yazıçısı Duqlas Stüartın əsərləri daxildir.

İki dəfə Buker mükafatının sahibi olmuş ingilis yazıçı Hilari Mentel bu dəfə qısa siyahıya düşməyib. Qalibin adı noyabrın 17-də açıqlanacaq.

Mükafatın finalçıları 2.5 min funt-sterlinq əldə edəcək, bundan başqa kitabları xüsusi tirajla çap ediləcək. Qalib isə 50 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Buker mükafatı 1968-ci ildə təsis olunub və 1969-cu ildən təqdim edilir. 2014-cü ilə qədər mükafatın laureatları yalnız Böyük Britaniya, İrlandiya və Millətlər Birliyi ölkələri arasından seçilirdi. 2014-cü ildən isə qaydalarda dəyişikliklər edilib. Artıq ingilis dilində yazılmış və mükafatın təqdim edildiyi il Böyük Britaniyada olan rəsmi nəşriyyat tərəfindən nəşr edilmiş istənilən romanın müəllifi namizədliyini irəli sürə bilər. Mükafatın ilk sahibi "Buna görə cavab vermək lazım gələcək" əsəri ilə Persi Hovard Nyubi olub. Müxtəlif illərdə Buker mükafatının qalibləri sırasında Ayris Merdok, Kazuo İşuquro, Uilyam Qoldinq kimi yazıçılar yer alıblar. Ötən ilin qalibləri isə kanadalı Marqaret Etvud və britaniyalı Bernardin Evaristo olublar.

Xəbər lenti
0