Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Filmimiz MDB ölkələrinin kinoprokatına çıxacaq

© AFP 2023 / SYLVAIN THOMASХлопушка-нумератор
Хлопушка-нумератор - Sputnik Azərbaycan
Abunə olmaq
Rus dilində olan filmin fevral ayında MDB məkanında premyerası nəzərdə tutulub. Film azərbaycanlı Ruslanın rusiyalı Natalya ilə sevgi hekayəsindən bəhs edir.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda ilk dəfə olaraq MDB ölkələrinin kinoprokatına çıxacaq bədii film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, pandemiya günlərində Bakıya gələn rusiyalı aktyorların iştirakı ilə Azərbaycanın "Caspian Media Group" şirkəti Rusiyanın "Biznes Dialoq" şirkəti ilə birlikdə "Качели Над Каспием" (Xəzər üzərində yelləncək) filmi çəkilib. Film eyniadlı romanın motivləri əsasındadır.

Filmdə baş rolları Mariya Suvorovskaya, Emil Həsənzadə, Duyğu Dəvəli, Azər Aydəmir, Suqra Bağırzadə və Zemfira Abdulsəmədova ifa edirlər. Filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru isə Rauf Qurbanəliyevdir. Layihənin prodüseri Hüseyn Cavadzadə, Mariya Suvorovskaya və Səadət Qarayevadır. Rus dilində olan filmin fevral ayında MDB məkanında premyerası nəzərdə tutulub. Film azərbaycanlı Ruslanın rusiyalı Natalya ilə sevgi hekayəsindən bəhs edir.

Xəbər lenti
0