Məmur, arxiv şəkli

Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib

19
(Yenilənib 12:59 15.09.2020)
Azad Cəfərli son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb

BAKI, 15 sentyabr — Sputnik. Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb. Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.

Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

19
Teqlər:
rəis müavini, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Xidməti, Mədəniyyət Nazirliyi, mədəniyyət
Xudafərin körpüsü, arxiv şəkli

Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq

42
(Yenilənib 17:36 21.10.2020)
Məşhur abidə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

BAKI, 21 oktyabr — Sputnik. Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

Qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Cari il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

42
Əlaqədar
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Həm Azərbaycanın, həm də İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

52
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

52
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

0
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

0
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video