Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qalmaqallı filmin ikinci hissəsi çəkilib - hamıdan gizlin

© Photo : 20th Century Fox (2006)"Borat " filmi
Borat  filmi - Sputnik Azərbaycan
Abunə olmaq
Mənbələrin bildirdiyinə görə, "Borat 2" filmində artıq ictimaiyyətə yaxşı tanış olan əsas qəhrəman insanlarla ünsiyyət qurmaq üçün maskalanmadan istifadə edir.

BAKI, 9 sentyabr — Sputnik. Britaniyalı komik Saşa Baron Koen gizli şəkildə "Borat" filminin ikinci hissəsini çəkib. Bu barədə Sputnik Azərbaycan "Collider" nəşrinə istinadən xəbər verir.

Koen 2006-cı ilin hitinin davamı üzərində gizli olaraq işləyib. Nəşrin məlumatına görə, Koen "Borat 2" filmini kino sənayesinin bir neçə təmsilçisinə göstərib.

Mənbələrin bildirdiyinə görə, "Borat 2" filmində artıq ictimaiyyətə yaxşı tanış olan əsas qəhrəman insanlarla ünsiyyət qurmaq üçün maskalanmadan istifadə edir. Filmin süjetinin təfərrüatları hələ ki məlum deyil.

Şayiələrə görə, striminq xidmətlərindən biri Koenin filmini maliyyə cəhətdən dəstəkləyib. Filmin birinci hissəsini 2006-cı ildə "Fox" studiyası nümayişə buraxıb.

Borat britaniyalı komikin ən məşhur alter eqolarından biridir. Filmdə Borat Amerika Birləşmiş Ştatlarına gəlmiş qazaxıstanlı jurnalistdir. O, Amerikada səyahəti zamanı yerlilərlə əlaqə qurur və onların həyat xüsusiyyətləri öyrənir. 18 milyon dollarlıq büdcəsi olan film 261 milyon dollar toplayaraq hitə çevrilib.

 

Xəbər lenti
0