Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cazibədar rəqqasə serial çəkir

© Photo : Instagram / oksana_rasulovaАзербайджанская танцовщица и актриса Оксана Расулова, фото из архива
Азербайджанская танцовщица и актриса Оксана Расулова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Oksananın prodüseri olduğu "Yalan həqiqət" serialında Zümrüd Qasımova, Şəhanə Yusifova, Şəhriyar Əbilov, Kazım Abdullayev, Zaur Şəfiyev və başqaları yer alıblar

BAKI, 5 sentyabr — Sputnik. Hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova "Yalan həqiqət" adlı yeni serial çəkir. Sputnik Azərbaycan xəbər verir ki, ekran işi İTV-də yayımlanacaq. Dram janrında olan serialın çəkilişləri artıq başlayıb.

Oksananın prodüseri olduğu "Yalan həqiqət" serialında Zümrüd Qasımova, Şəhanə Yusifova, Şəhriyar Əbilov, Kazım Abdullayev, Zaur Şəfiyev və başqaları yer alıblar.

Serialın rejissoru Sain Qəhrəman, operatoru Vasif Vəlizadə, icraçı prodüseri İsmayıl Bağırov, bəstəkarı Anar Yusubdur. Geyimlər rəssam Rüfət Balakişiyevə, qrim Nura Babayevaya həvalə olunub. Serialın quruluşçu rəssamı Qoşqar Cəlaldır. 

© Photo : Courtesy of Oksana Rasulova"Yalan həqiqət" serialının çəkilişlərində
Cazibədar rəqqasə serial çəkir - Sputnik Azərbaycan
"Yalan həqiqət" serialının çəkilişlərində

Qeyd edək ki, Oksana ixtisasca ginekoloq və dəri-zöhrəvi həkimi olmasına baxmayaraq illərdir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib, eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"ndə 1-ci yerə layiq görülüb. Nəhayət, 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq müsabiqə"də iştirak edib və 3-cü yeri tutub.

Азербайджанская модель Кристина Замир, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı qız Rusiya kinematoqrafını fəth edir: ətrafı da kişilərlə doludur - FOTO

Bütün bunlarla yanaşı, sənətçi aktrisa kimi də bir çox film və seriallarda öz məharətini göstərib. 2014-cü ildə Hindistanın Mumbay şəhərində, Zee TV telekanalında 6 ay müddətində yayımlanan "İndia"s Best Cinestars Ki Khoj" ("Hindistanın Ən Yaxşı Kinoulduzu") teleyarışında Azərbaycanı təmsil edib və yarışın qalibi seçilib. 2014-cü ildə Hindistanın Zee TV telekanalında yayımlanan "Maharakshak Aryan" adlı teleserialında rol alıb. Daha sonra 2014-cü ildə Hindistanda Zee TV telekanalında "Sapne Suhane Ladakpan Ke" adlı teleserialda rol alıb.

2015-ci ildən etibarən "OksiMedia" MMC şirkətini yaradaraq oranın rəhbəri kimi fəaliyyətini davam etdirir. 2016-cı ildə Azərbaycandakı Hindistan Səfirliyi və Azərbaycanda Hindistan Assosiasiyası tərəfindən "Azərbaycan və Hindistan arasında 25 illik dostluq körpüsü" ilə bağlı, Azərbaycanda Hindistanı və Hindistanda Azərbaycanı təmsil etdiyinə görə fəxri diplom ilə təltif olunub. 2017-ci ildə Azərbaycandakı Hindistan Səfirliyi tərəfindən Azərbaycanda "Yoqa" üzrə səfir seçilib və "Beynəlxalq Yoqa Günlərində" fəal iştirakçı olub.

Xəbər lenti
0