CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biz "Bərabərik" - Azərbaycanda möhtəşəm layihənin detalları

© © REUTERS/Christian HartmannЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda yeni bir sosial layihəyə imza atılır. "Bərabərik" adlanan bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "MTV Azərbaycan"ın birgə təşəbbüsü ilə start verilib.

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda yeni bir sosial layihəyə imza atılır. "Bərabərik" adlanan bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "MTV Azərbaycan"ın birgə təşəbbüsü ilə start verilib.

Maraqlıdır, bu layihənin digər sosial layihələrdən fərqi nədən ibarət olacaq?

Layihə haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Sputnik Azərbaycan-ın layihə ilə bağlı suallarını cavablandırıb:

- Bu layihədə neçə iştirakçı var?

Xumar Kərimli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

- Bu ilin sonunadək olacaq silsilə verilişlərdə 10 nəfər əlilliyi olan istedadlı şəxs və onlarla yanaşı, Azərbaycanın tanınmış müğənniləri, musiqişünasları və musiqi ekspertləri, musiqi təhsil müəssisələrinin müəllimləri və professorları iştirak edəcəklər. Qeyd edim ki, layihə iştirakçıları 20-40 yaş aralığındadır. Onlardan 6-sı kişi, 4-ü isə qadındır. Lakin mövcud vəziyyətlə bağlı əlilliyi olan iştirakçılarımız dəyişə bilər, çünki verilişlər canlı çəkilir və ifalar da canlıdır.

- Fərqli və gözəl layihədir. Maraqlıdır, layihədən sonra bu şəxslər üçün daha hansı imkanların yaradılması nəzərdə tutulur?

- Bildiyiniz kimi, efirdə hər bir ifa canlıdır və fonoqramdan istifadə olunmur. Bunun üçün layihə çərçivəsində silsilə proqramlarda iştirak edən hər bir əlilliyi olan şəxsə ayrı-ayrılıqda vokal müəllimi tutulur və onlarla Mahir İbrahimovun rəhbərlik etdiyi musiqi ansamblının iştirakı ilə professional səsyazma studiyalarında davamlı olaraq məşqlər keçirilir. Əlbəttə ki, bu da gələcəkdə həmin istedadlı gənclərimizin rahatlıqla professional səhnəyə çıxmalarına imkan yaradacaq. Layihədə iştirak edən əlilliyi olan şəxslərin yalnız bir qismi musiqi təhsillidir və ya musiqi təhsillərini ali təhsil müəssisələrində davam etdirirlər. Düşünürük ki, gələn ildən layihədə iştirak edən və musiqi təhsili olmayan şəxslərin istedadlarını və bacarıqlarını inkişaf etdirmək üçün onların ali təhsil müəssisələrinə daxil olmalarına kömək edəcəyik.

- İştirakçıların bunadək sosial həyatda iştirak səviyyəsi necə olub?

- Nazirlik son 2 ildə (pandemiyaya qədər) bir çox mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini təmin edib. Buna misal olaraq, konsert proqramları, sərgilər, yarmarkalar, müxtəlif teatr nümayişlərini qeyd edə bilərik. Əlbəttə ki, bu tədbirlərdə əlilliyi olan istedadlı şəxslər yaxından iştirak etmişdirlər. Bundan başqa, nazirlik tərəfindən 2019-cu ildə əlilliyi olan istedadlı şəxslərin bacarıqlarını nümayiş etdirən "Əlillik qüsur deyil" adlı kitab-kataloq ingilis və Azərbaycan dillərində nəşr edilmişdir. Bu da onların cəmiyyətdə tanınmasına və özünüməşğulluqla təmin olunmasına şərait yaradır. Artıq kitabın ikinci cildinin hazırlanması işlərinə başlanılıb.

Mətanət Qüdsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kəpənəyin saldığı yol ilə gedən qəhrəman - "Özümə, sən həyatına davam etməlisən, dedim"

- Bu şəxslər arasında kimsəsiz, valideynsiz olanlar varmı və varsa, onlara hansı dəstək göstərilir?

- Layihədə iştirak edən əlilliyi olan şəxslər arasında görmə, əqli və hərəkət məhdudiyyətli, eləcə də, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər var. Dövlət tərəfindən bu şəxslərə qanunla müəyyən edilmiş maddi yardım və müvafiq dəstəklər nazirlik tərəfindən göstərilir. Bundan başqa, onların gələcək həyatlarında sərbəst yaşaması və cəmiyyətimizin müstəqil üzvü olmaları üçün həmin şəxslər özünüməşğulluqla təmin edilirlər.

- Münsiflər haqda, bir də layihə ilə bağlı bu günədək hələlik açıqlanmayan detallar haqda geniş məlumat verərdiniz.

- Bu layihədə münsiflər olmayacaq. Ümumiyyətlə. Bu bir yarış deyil. "Bərabərik" layihəsində adından da göründüyü kimi, əlilliyi olan şəxslərlə yanaşı, Azərbaycanın tanınmış müğənnilərinin dueti səhnədə canlı şəkildə nümayiş etdiriləcək. Hər bir iştirakçının həyat hekayəsi haqqında videosüjet hazırlanaraq tamaşaçılarımıza təqdim ediləcək. Həmçinin, onların ifa etdikləri 5 duetin mahnılarının tarixçəsi də maraqlı şəkildə nümayiş olunacaq. Bununla biz göstərmək istəyirik ki, əlilliyi olan və güclü istedada və bacarığa malik olan şəxs Azərbaycan cəmiyyətində bərabər üzv kimi qəbul edilir və o, digər sağlam istedadlı şəxslərlə birlikdə eyni səhnəyə çıxıb özünü göstərə bilər. Bizim şüarımız belədir: əlillik qüsur deyil! O, yaratmaq və özünü inkişaf etdirmək üçün maneə ola bilməz. Layihənin ilk buraxılışı artıq efirdə yayımlandı. Əsas məqam ondan ibarətdir ki, bu verilişdə iştirak edəcək hər bir əlilliyi olan şəxs və qonağımız bizim üçün çox dəyərlidir. Həm də növbəti buraxılışda iştirak edəcək məşhurların adlarını hələ ki, sürpriz olaraq saxlamaq istəyirik. Bizi izləməyə davam edin!

Xəbər lenti
0