Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Koronavirus "Qaya"nı da haqladı: Hollivud ulduzu ailəlikcə yoluxdu

© AP Photo / Invision/ Jordan Strauss Dueyn Conson
 Dueyn Conson - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyor qeyd edib ki, özü ilə yanaşı, həyat yoldaşı və iki qızı da virusa yoluxub. Onların koronavirus testi müsbət nəticə verib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Məşhur amerikalı aktyor və idmançı Dueyn Conson koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor öz "Instagram" səhifəsindən bildirib. "Qaya" ləqəbli aktyor öz izləyicilərinə diqqətli olmağı və qoyulan qadağalara əməl etməyi tövsiyə edib: "İntizamlı olun, immunitet sisteminizi gücləndirin, maskanızı taxın və ailənizi qoruyun".

View this post on Instagram

A post shared by therock (@therock) on

Aktyor qeyd edib ki, özü ilə yanaşı, həyat yoldaşı və iki qızı da virusa yoluxub. Onların koronavirus testi müsbət nəticə verib. İdmançı özünün və ailə üzvlərinin xəstəliyi simptomsuz keçirdiklərini bildirib.

Məlumat üçün qeyd edək ki, 1999-cu ildən sənətə gələn D.Conson "Mumiya geri dönür", "Sürətli və qəzəbli", "San Andreas günahı", "Göydələn", "Oyan pozan", "Vəhşi meşə" və s. filmlərinə çəkilən aktyor və idmançı, özünü rejissor kimi də sınayıb.

Xəbər lenti
0