Əslən bakılı rəssam Rami Meir

Qan davası, qızıl dişlər, indekssiz ünvanlar Rami Meir Bakıda yəhudilərin həyatı haqda

9141
(Yenilənib 19:08 01.09.2020)
Əslən bakılı rəssam Rami Meir Bakıdakı həyatı barədə xatirələrini bölüşüb: onun əsərlərində dağ yəhudilərinin məişəti əsr yarım bundan əvvəl olduğu kimi görünür.

BAKI, 1 sentyabr — Sputnik, Lev Rıjkov. Niyə Dağ Yəhudiləri qan intiqamını yalnız üç gün ərzində həyata keçirə bilərdilər və qızıl dişlər yüksək statusun bir əlaməti idi? Bakıdakı Yəhudi məhəlləsinə indeks göstərilmədən məktubu necə göndərmək olardı? Əslən bakılı rəssam Rami Meir öz xalqının adət-ənənələri haqqında Sputnik Azərbaycan-a danışıb. Moskvada Dövlət Şərq Muzeyində onun "Bir xalqın tarixi - bütün dünya üçün" adlı fərdi sərgisi keçirilir.

Mərkəzdə, indeks olmadan

Rəssamın ən erkən xatirələri Bakının köhnə mərkəzi ilə bağlıdır. Həyatının ilk evi dənizdən yalnız 800 metr məsafədə idi.

"Mən öz vətənimə böyük məhəbbət və həyəcanla yanaşıram", - Rami Meir etiraf edir. "Mən uzun müddət İsraildə, sonra isə Moskvada yaşamışam. Ancaq şəhər və ölkəyə olan sevginizi anlamaq üçün onu uzun müddətlik tərk etməlisiniz. Mən Bakının mərkəzində, yəhudi rayonu adlanan yerdə doğulmuşam. Orada yeddi-səkkiz yəhudi küçəsi vardı, sakinlərin 90%-i isə yəhudilər idi. Mən orduda xidmət edərkən evə məktublar yazırdım. Və dedilər ki, şəxsən mənə indeksi qeyd etmək lazım deyil. Sadəcə: "Bakı - mərkəz". Yaşadığım yerdə heç bir poçt indeksi yox idi, baxmayaraq ki, qonşu küçələrdə onlar var idi", - rəssam əlavə edir.

© Photo : From personal archives Rami Meir
Əslən bakılı rəssam Rami Meirin işləri

Yəhudi məhəlləsinin köhnə evləri hələ də qalır. Meirin sözlərinə görə, onların mənzili 10-20 kvadratmetr idi, bəzilərinin ümumi vanna otağı vardı.

Bakıda bir neçə "yəhudi" məktəbi var idi. Biri -1 nömrəli, Lev Tolstoy küçəsində yerləşirdi, "aristokratik" sayılırdı.

Rami Meir deyir: "Mən isə başqa "yəhudi" məktəbində oxumuşam. O da məşhur idi, 24 nömrəli bandit məktəbi. 11-13 yaşlı oğlanlar direktorun qabağında siqaret çəkə bilirdilər. Bizdə xüsusi internatdan olan uşaqlar oxuyurdular. Onların bəziləri artıq çoxlu problemlər görmüşdülər. Biliklərə yiyələnməyə xüsusi cəhdlər heç kimdə olmayıb".

24 nömrəli məktəbin şagirdləri bıçaqlaşma təşkil edə bilirdilər. Rami Meir bir dəfə yeniyetmələrin "Lenin həqiqətən olub, yoxsa onu uydurublar?" mövzusunda necə mübahisə etdiklərini xatırlayır. Mübahisə edənlərin biri bıçaq çıxarıb…

"16 yaşımda başıma qəribə bir hadisə gəldi. Bizdə yaxın insanların adlarını həyata qaytarmaq qəbul edilib, bununla da biz qəfil, gənc ikən həyatdan gedənlərin ömrünü davam etdiririk. Məni 1933-cü ildə 35 yaşında vəfat edən babamın şərəfinə adlandırıblar. Onun ölümündən

45 il sonra mən mərkəzi küçədə gəzirdim. Birdən qarşımda səksən yaşdan yuxarı yaşlı qadın dayandı. Məni görcək donub qaldı və soruşdu: "Sənin adın belədir?" Mən dedim: "Bəli". "Sən filankəsin oğlu deyilsən ki?" "Bəli, mən o adamın oğluyam". O, mənim əllərimi tutur, onları öpməyə başlayır, dizi üstə çökür və ayaqlarımı qucaqlamağa başlayır. Bu, mənim üçün şok idi.

Utanıram və narahat oluram. Deyirəm: "Nənə! Qalxın!" O isə deyir: "Bir bilsəydin ki, kimin adını daşıyırsan və sənin baban kim olub!" Babam o yaşda bu cür hörmətə layiq olmaq üçün görəsən, ona və onun nəvələrinə nə edib?" - deyə Rami Meir xatırlayır.

Alay misgəri

Məktəbdən sonra gələcək rəssam özünü incəsənətə həsr etmək barədə heç də düşünmürdü.

"Mən tibb institutuna, diş həkimliyinə daxil oldum". Yəhudilərdə stomatoloq, diş texniki, zərgər ixtisasları həmişə dəbdə olub. Gərək hər şey parıldasın, bərq vursun. Tibb imtahanını uğurla verdim. Biliyimlə deyil, davranışımla, zarafatlarımla. Atam mənim orduya təcili getməyimi təxirə salmağa qərar verdi. Öyrəndim ki, bundan başqa sənət məktəbi də var və orada da ordudan möhlət verirlər", - Meir deyir.

© Photo : From personal archives Rami Meir
Əslən bakılı rəssam Rami Meir

O, imtahanda təlaş keçirdiyini xatırlayır. Sən demə, akvarellə natürmort çəkmək lazım imiş.

"Onda mən ilk dəfə şəkil çəkirdim", - Rami Meir gülərək əlavə edir: "Və birdən keçdim. "Bədii və zərgərlik məmulatları misgərliyi" fakültəsinə daxil oldum. Mən ən gənc tələbələrdən biri idim. Məsələn, 33 yaşlı bir adam var idi ki, səkkiz il həbsdə oturmuşdu. İncə işlərlə məşğul olan böyük adamları, zərgərləri öyrəndik. Biz hər şeyi - heykəltaraşlığı, oymanı, misgərliyi, zərgərlik işini, inkrustasiyanı öyrənirdik. Mən buna bir qədər laqeyd yanaşırdım. Bütün bunlar mənim xoşuma gəlmirdi, maraqsız idi. Bir il oxudum. Düzünü deyim ki, heç nəyə can atmamışam. Amma mənim psixologiyamın dəyişməsinə bir hadisə səbəb oldu".

Rami Meiri qrup rəhbəri seçirlər. Onun vəzifələrindən biri sərgilərdə iştirak etmək üçün tələbələrin işlərini seçmək idi.

"Mən ixtisasla maraqlandım, həqiqətən öyrənməyə başladım. İncəsənətdən çox az baş çıxardığıma görə xəcalət çəkdim", - deyə rəssam xatırlayır.

Rami Meir böyük ehtirasla misgər olur. Rəssam orduya çağırılanda misgərlik bacarığı onun çox karına gəlir.

"Məni alayın rəssamı təyin etdilər, amma plakatlar çəkməkdən imtina etdim. Komandirlər bilirdilər ki, mən döymə ustasıyam və xüsusi olaraq mənim üçün vəzifə fikirləşdilər. Bütün iki il ərzində Moskvada, Tsaritsinoda alay misgəri kimi xidmət etdim. Bir gün ən yaxşı Lenin otağı üçün yarış başladı. Bölük komandiri mənə müraciət etdi: "Elə edə bilərsən ki, biz qalib gələk?" Və mən bütün dörd divarı döymə naxışlarla işlədim. Kimsə plakatlar çəkmişdi, şəkil yapışdırmışdı, amma divara döymə heç kimdə yox idi", - deyə Rami bildirir.

Onun xidmət etdiyi alay birinci yeri tutur. Qalibi və ona kömək edənləri mükafat olaraq evə - on günlük məzuniyyətə buraxırlar.

"Bu müddət ərzində anam məni nişanlanmağa məcbur etdi, - Rami xatırlayır. - Mən gəlinə iki döymə şəkil verdim. Orduda ciddi işlər görməyə başladım. Cəmi xidmət müddəti ərzində 22 döymə etdim. İşlərim hamının xoşuna gəlirdi. Xidmətin sonunda mənə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində fərdi sərgimi nümayiş etdirmək imkanı verildi. Lakin bütün iyirmi işi daşınma zamanı oğurladılar. Bundan sonra mən misgərliyin daşını atdım. Gəlinə bağışladığım yalnız iki iş qaldı. Bu gün onlar Şərq Muzeyində nümayiş etdirilir".

© Photo : From personal archives Rami Meir
Əslən bakılı rəssam Rami Meirin işləri

Mehriban və təqib olunan

Rami Meir Sovet Azərbaycanından İsrailə, oradan isə Moskvaya gedəndən illər sonra incəsənətə qayıtdı.

Rami Meir xatırlayır: "Dağ yəhudilərinin xronologiyasını hazırlamaq istəyəndə rəssamlıqla ciddi məşğul olmağa başladım. Məni bu qərara heyrətamiz tapıntı gətirdi: Aşkar etdim ki, 1853-55-ci illərdə I Nikolayın dövründə məktublar poçt açıqcalarına yazılırdı. Mən bir neçə belə açıqcanı gördüm, sonra onları tapmağa və almağa başladım. Mən bu açıqcalar əsasında şəkillər çəkmək qərarına gəldim ki, hər şeydən çox bizim gənclər öz köklərini bilsinlər. Və bu rəsmlərdə 100-150 il əvvəl yaşamış insanlar canlanırdı".

Rəssam xatırlayır ki, Rəssamlıq məktəbindən sonra yaddan çıxmış bacarıqları bərpa etmək xeyli vaxtını alıb.

Rami Meir danışır: "İnternetdə videodərslərə baxmağa tənbəllik etmirdim. Peşəkarlar hər yerdə var və bu dərslər mənə çox kömək etdi. Dağ yəhudilərinin xronologiyası məni digər mövzulara – həm mənzərələrə, həm də fəlsəfi mövzulara rəsm çəkməyə sövq etdi. Bu gün mənim 210 əsərim var. Əgər bu tarix olmasaydı, onlar olmazdı. Dağ yəhudiləri haqqında 45 rəsmim var".

Rəssamın qarşısında duran başqa bir vəzifə də xalqın tarixi xronologiyasını yaratmaqdır.

"Mənim xalqım Qafqaza nə vaxt gəlib çıxıb? Dağ yəhudiləri Dərbənddə nə vaxt məskunlaşıblar? Qubaya - Bakıdan 170 kilometr məsafəyə nə vaxt düşüblər? Babam nəhayət, harada doğulub? Vəzifə xronologiyasını qurmaq və o zaman mövcud olan çox cüzi materiallardan kənara çıxmamaq şərtilə hər şeyi düzgün təsvir etmək idi", - deyə rəssam bildirir.

© Photo : From personal archives Rami Meir
Əslən bakılı rəssam Rami Meirin işləri

Müəllif əmindir ki, onun rəsmlərində dağ yəhudilərinin həyatı bir əsr yarım əvvəl olduğu kimi görünür.

Rami Meir deyir: "Mənim fantaziyam yalnız rəng qammasının seçimində özünü göstərdi. Ağ-qara açıqca rəngli oldu. Bəzi açıqcalarda fon xoşuma gəlmirdi və mən onu peyzajla əvəz edirdim. Dağ yəhudilərinin geyimlərinin rənglərini nənə və babamın qarderobuna əsaslanaraq bərpa etdim. Təkcə bu deyil. Bizdə muzey var idi. Mən eksponatların rəngləri əsasında köynəyin, kostyumun hansı rəngdə olmalı olduğunu ayırd edə bilirdim".

Meir bir şəkil göstərir - ailə portretini

"Budur - mənim doğma babam, - rəssam şəklin mərkəzindəki fiqura işarə edir. - Mən bunu babamın ilk uşağı, mənim doğma xalamın doğulduğu 1928-ci ilin fotosu əsasında çəkmişəm. Bu gün onun 93 yaşı var və Amerikada yaşayır. Burada heç bir detalı artırmamışam. Məni heyran edən o idi ki, babamda 1928-ci ildə belə qalstuk və ya belə pencək haradandır?! İnsanlar bax belə geyinirdilər!"

Rəssamın sözlərinə görə, dağ yəhudilərinin bəzək əşyaları Qafqazın digər xalqlarının analoji zərgərlik məmulatlarından o qədər də fərqlənmirdi.

"Yəhudi qadın Davud ulduzunu, müsəlman qadını isə yalnız Aypara taxırdı. Dağ yəhudilərinin hansı bəzək əşyalarını taxdığını görə biləcəyiniz şəkillər var. Və onların statusunu bir müddət qızıl dişlər vurğulayırdı. Sonra isə bu dişlərdən yaxa qurtardılar", - deyə Meir bildirir.

Digər Qafqaz xalqlarında olduğu kimi, dağ yəhudilərində də qan davası olub. Lakin böyük bir zəruri qeyd-şərtlə. Əgər üç gün ərzində qisas alınmasa, onda ailələr qohum olmalı idilər.

Rami Meir deyir: "Xalqımız çox mehribandır və eyni zamanda təqib olunandır. Bütün dünyada yəhudilərin sayı, demək olar ki, digər xalqların sayı qədərdir - gürcü, Mərakeş, Buxara yəhudiləri var. Dağ yəhudiləri bütün bayramları, adətlərini bilirdilər, Buxara yəhudiləri kimi geyinirdilər. Lakin heç vaxt yəhudi olduqlarını gizlətmirdilər. Tək-tük milliyyəti dəyişmə halları var idi. Amma qorxduqları üçün deyil, karyeraya görə. Dağ yəhudiləri cəsarətli və temperamentli Qafqaz xalqıdır. Onlar bu gün də Qafqaz temperamentini daşıyırlar. Moskvada yaşayıram, Bakı aksentindən qurtulmağı heç arzulamıram da. Xoşbəxtəm ki, o, məndə var. Xoşbəxtəm ki, Qafqaz tərbiyəsi almışam".
© Photo : From personal archives Rami Meir
Əslən bakılı rəssam Rami Meirin işləri

Rami Meir Bakıda çox tez-tez olmur - təxminən iki ildə bir dəfə.

Rəssam deyir: "Mənim birinci istiqamətim İsrailə getməkdir. Anam və uşaqlarım oradadırlar. Yalnız bundan sonra Bakıya gedirəm. Bizim oradakı "quş damlarımız" hələ də qalır. Bizim orada altı mənzilimiz var. Anam onları insanlara pulsuz yaşamağa verib, təki onlar evlərə qulluq etsinlər. Bakı həmişə çox orijinal, gözəl şəhər olub. Azərbaycan Allahın köməyi ilə çiçəklənir. Allah onun bütün sakinlərinə cansağlığı versin".

9141
Əlaqədar
Şouya hesablanan sənətdə yaşayan igidlərimiz: Ülkər onları dünyaya tanıdır - FOTO
Sənətinin vurğunu olan fotoqraf: "Təbiət ecazkar göründüyü qədər də amansızdır"
Bir vaxtlar zamanının ən müasir doğum evi – indi isə təmir üzünə həsrətdir
Məşhur rusiyalı müğənni on beş ildir Azərbaycan mahnılarına qulaq asır
“Kirpi” davamçıları: Azərbaycanın yeni nəsil karikaturaçısı
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

86
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

86
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

27
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

27

Prezidentin köməkçisi Ermənistanın müdafiə nazirini ifşa etdi

0
(Yenilənib 11:22 26.10.2020)
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:

"Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.

Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq".

0
Teqlər:
Hikmət Hacıyev, ifşa, yalan, Ermənistan Müdafiə Nazirliyi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub
Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub
Tural Gəncəliyev erməni icmasına müraciət etdi