BAKI, 1 sentyabr — Sputnik. Türkiyəli aktyor Haldun Boysan vəfat edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Maria ile Mustafa" serialının çəkilişləri ilə əlaqədar Nevşehir vilayətində olan Haldun Boysan qaldığı oteldə infarktdan vəfat edib.
Güle Güle #HaldunBoysan pic.twitter.com/x1t0eCXX36
— Son Dakika TV (@sondakikativi) August 31, 2020
O, 1958-ci ildə Ankarada anadan olub. "Kurtlar vadisi" serialındakı "Tombalacı Mehmet" obrazı ilə də məşhur olan aktyor 50-dən artıq film və seriallarda rol alıb. Əsasən mənfi xarakterli obrazları canlandıran Boysan "Hürrem Sultan", "Cennet mahellesi", "Karaoğlan", "Ulan İstanbul", "Gen", "Silahların Gölgesinde", "Hayat Türküsü" və s. film və seriallara çəkilib.
BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.
BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.
Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.