Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kişi müğənni Rihannanı təqlid etdi - VİDEO

© AP Photo / Joel C Ryan/ InvisionРианна, фото из архива
Рианна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mobil tətbiq vasitəsilə öz başını Rihannanın bədəni üzərinə qoyan sənətçi izləyicilərinin gülüşünə səbəb olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Rus estradasında həmişə yenilikləri ilə seçilən Filipp Kirkorov bu dəfə amerikalı dünya ulduzu Rihannanın obrazını yaratmağa çalışıb. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya şou-biznesinin kralı Filipp Kirkorovun "Rihannası" böyük marağa səbəb olub.

Mobil tətbiq vasitəsilə öz başını Rihannanın bədəni üzərinə qoyan sənətçi izləyicilərinin gülüşünə səbəb olub. Paylaşımı görənlər ona "çox bənzəyirsiz, pozitiv videoya görə sağ olun" kimi şərhlər yazıblar. Kliplərə öz üzünü yerləşdirən müğənninin videolarda istifadə etdiyi mahnı isə Rihannanın dünyaca məşhur "Diamond"u olub. Bəzi izləyicilər isə onun addımını yaxşı qarşılmayıblar. "Karantin dövrü ulduzları dəli edib", "bu obraz sizə qətiyyən yaraşmır" və s. fikirlər yazıblar.

View this post on Instagram

A post shared by Филипп Киркоров (@fkirkorov) on

 

Xəbər lenti
0