Gədəbəy rayonundakı Koroğlu qalası

Millət vəkili Gədəbəydəki abidələrlə bağlı Baş Nazirə müraciət edib

273
Ümid edirəm ki, Mədəniyyət nazirliyində gedən dəyişiklik və islahatlardan sonra “Mahsara”, “Qız Qalası” da daxil olmaqla həm Gədəbəydəki, həm də digər rayonlardakı tarix və mədəniyyət abidələrimizə münasibət kökündən dəyişəcək.

BAKI, 29 avqust - Sputnik. Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Gədəbəyin ağır vəziyyətdə olan qədim tarixi və mədəniyyət abidələri ilə bağlı Baş Nazirə və müvafiq qurumlara müraciət edib.

Sputnik Azərbaycan-ın məlumata görə, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib:

“Qədim Gədəbəy rayonumuzdan olan bir qrup ziyalıların “Mahsara”, “Qız Qalası” və bir sıra digər qədim abidələrin müvafiq qurumların biganə münasibəti səbəbindən ağır vəziyyətdə olması və abidələrlə bağlı təcili addımların atılmasına dəstək göstərilməsi ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə etdikləri müraciət əsasında bir sıra dövlət qurumlarına müraciətlər göndərdik.

Bakı simvolu Gədəbəydə: dağ ortasında əlçatmaz qala necə görünür – video
© Sputnik / İlham Mustafa / Kamilla Əliyeva / Leyla Orucova

Rəsmi qurumlara qədim tariximizi özündə əks etdirən bu abidələrlə bağlı ciddi narahatlığımızı özündə əks etdirən müraciətlərlə bərabər bu məsələ ilə bağlı Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə geniş fikir mübadiləsi də apardıq, vəziyyətin xüsusi diqqətə götürülməsini xahiş etdik. Baş nazirimiz hörmətli Əli Əsədova bu məsələ ilə bağlı müraciətimizə çox həssaslıqla reaksiya verdiyi üçün təşəkkür edirəm. Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin rəhbəri əlaqə saxlayaraq bu məsələ ilə bağlı araşdırılması və tədbir görülməsi üçün müvafiq qurumlara tapşırıqlar verildiyini vurğuladı. Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Mədəniyyət nazirliyində bu sahəyə cavabdeh olan qurumun uzun müddət tarix və mədəniyyət abidələrinə biganəliyindən təəssüflənərək bu abidələrlə bağlı məsələlərə və Mədəniyyət komitəsinin bununla bağlı müraciətinə xüsusi diqqətlə yanaşılacağını bildirdi. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə söhbətimiz zamanı bu abidələrə gedən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çınqıllanmasına dəstək göstərilməsinin rayonda tarixi-mədəni turizmin inkişafına da öz müsbət təsirini göstərə biləcəyini vurğuladı.

Bununla bağlı Mədəniyyət komitəsi adından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə də müraciət göndərdik. Ümid edirəm ki, Mədəniyyət nazirliyində gedən dəyişiklik və islahatlardan sonra “Mahsara”, “Qız Qalası” da daxil olmaqla həm Gədəbəydəki, həm də digər rayonlardakı tarix və mədəniyyət abidələrimizə münasibət kökündən dəyişəcək və ciddi addımlar atılacaq. Müraciətlərimizə həssas yanaşan qurumların rəhbərlərinə təşəkkürümü bildirirəm”.

273
Çəkiliş, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb

6
Festivalın bağlanış və mükafatlandırma mərasimi 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib

BAKI, 19 sentyabr — Sputnik. Rejissor Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib.

15-18 sentyabr 2020-ci il tarixlərində Türkiyənin tarixi Kapadokya bölgəsində Beynəlxalq Turizm Filmlər Festivalı keçirilib. Festivalda Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin "My Country Azerbaijan" turizm tanıtım filmi "Ölkə" nominasiyasında 1-ci yerə layiq görülərək "Qızıl Mükafat" alıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 5-ci dəfə reallaşan festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalın film nümayişləri 16-17 sentyabrda Nevşehir Qalasında açıq havada reallaşıb.

Festival çərçivəsində konfranslar, görüşlər, foto sərgiləri, fotosafari və atelye çalışmaları keçirilib.

Festivalın bağlanış və mükafatlandırma mərasimi isə 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən "Beynəlxalq Turizm Filmləri Festivalı"nda daha öncə də Fuad Quliyevin filmləri müxtəlif mükafatlara layiq görülüb. Bakı Media Mərkəzinin istehsalı olan "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" turizm filmi 2018-ci ildə dünyanın müxtəlif ölkələrində keçirilən Turizm Filmləri Festivallarında müxtəlif mükafatlar alıb.

6
Kino lenti, arxiv şəkli

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib

8
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.

Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.

Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

8
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Federasiya Şurasını toplayır

0
(Yenilənib 18:09 19.09.2020)
Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

BAKI, 19 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-ü Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Federasiya Şurasının reqlament komitəsinin rəhbəri Vyaçeslav Timçenko bildirib:

"Prezident sentyabrın 23-ü Kremldə Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək."

Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

0
Teqlər:
Kreml, Rusiya, Federasiya Şurası, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin