Konor Makqreqor

Makqreqor portretini azərbaycanlı rəssama sifariş verib - FOTO

206
(Yenilənib 01:49 29.08.2020)
Məmmədovun əl işi təkcə döyüşçünün pərəstişkarlarının deyil, Makqreqorun özünün də ürəyincə olub. Portret tezliklə idmançıya təhvil veriləcək

BAKI, 29 avqust – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədov qarışıq döyüşlər üzrə dünyaca məşhur irlandiyalı idmançı Konor Makqreqorun portretinin çəkilməsi sifarişini yerinə yetirib. Sputnik Azərbaycan bu barədə rəssamın Instagram səhifəsinə istinadla məlumat verir.

İdmançı rəssama onun portretini çəkməsini sifariş edib. Məmmədovun əl işi təkcə döyüşçünün pərəstişkarlarının deyil, Makqreqorun özünün də ürəyincə olub. Portret tezliklə idmançıya təhvil veriləcək.

Nizar Məmmədov dünyaca məşhur azərbaycanlı rəssam Sakit Məmmədovun oğludur. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Əsərləri bir çox xarici ölklərdə sərgidə nümayiş etdirilib. Nizar Məmmədov dəfələrlə Avropada iri art-festivallarda iştirak edib.

Konor Makqrqeor boksda və qarışıq döyüş növlərində çıxış etmiş irlandiyalı idmançıdır. O, UFC-də yüngül çəki dərəcəsində çıxış edirdi. Bir müddət öncə professional karyerasını başa vurduğunu açıqlayıb.

206
Ceyms Bond

Ceyms Bondun silahı hərracda satıldı

5
(Yenilənib 20:46 05.12.2020)
Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı

 

BAKI, 5 dekabr — Sputnik. Şon Konnerinin agent-007 rolunu oynadığı "Ceyms Bond" filmində istifadə edilən tapança hərracda yüksək qiymətə satılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tapança 256 min dollara satılıb.

Söhbət "Doktor Nou" filmində olan Walther PP silahından gedir. Süjet xəttinə görə, məhz bu filmdə Bond Berettanı Walther PP-yə dəyişir. Çünki o, Berettanın uğursuluq gətirəcəyini düşünürdü. Həmin vaxtdan Walther PP xüsusi agentin əsas silahına çevrilir.

Silah gözlənildiyindən baha qiymətə satılıb. Çünki əvvəlcə o, 150-200 min dollar məbləğində dəyərləndirilmişdi.

Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı. Geyim yarım milyon dollar məbləğində dəyərləndirilmişdi.

Qeyd edək ki, çimərlik geyimi ilk dəfə 2001-ci ildə 45 dollara Planet Hollywood restoranlar şəbəkəsinin rəhbəri Robert Erl tərəfindən satın alınmışdı.

5
Teqlər:
tapança, hərrac, Şon Konneri, film
Netflix

"Netflix" İstanbulda ofis açır

26
"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib

BAKI, 3 dekabr — Sputnik. Dünya üzrə təxminən 195 milyon üzvü olan "Netflix" platformasının İstanbulda ofisi açılacaq. Bu addım Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında da əhəmiyyətli rol oynayacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı "Netflix" platformasından bildirilib.

Türkiyədəki sərmayələrini artıran şirkətin yeni ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş il ərzində əhəmiyyətli inkişaf yolu keçən ölkəsinin kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib: ""Netflix" kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına böyük töhfələr verəcəyini düşünürük".

"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib.

26
Teqlər:
ofis, Türkiyә, Netflix şirkəti