Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Oğurluq: Əqli Mülkiyyət Agentliyi “Kor ərəbin mahnısı” ilə bağlı məlumat yayıb - VİDEO

© Photo : AZƏRTACFikrət Əmirov, arxiv şəkli
Fikrət Əmirov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa edilmiş və “Karin” musiqi albomuna daxil edilmiş, həmçinin "Youtube" kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür.

BAKI, 28 avqust – Sputnik. “Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, onun “Kor ərəbin mahnısı” əsərinin musiqisinin Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənildiyini və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilərək “Youtube” kanalında yayıldığını bildirib və bununla bağlı müəllifin pozulmuş hüquqlarının bərpa olunmasını, hüquq pozucularına münasibətdə tədbir görülməsini xahiş ediblər”.

Bu barədə Sputnik Azrbaycan-a Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa edilmiş və “Karin” musiqi albomuna daxil edilmiş, həmçinin "Youtube" kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin adı “Houcher” adı ilə dəyişdirilərək təhrif edilib, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulub. Bununla yanaşı, Vardan Hovanissian və Emre Gültekin tərəfindən www.bandcamp.com saytındakı səhifələrində yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməyib, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjemançı kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulub.

“Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq da (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjemançı kimi təqdim edirlər) bir daha sübut edir ki, Vardan Hovanissian və Emre Gültekin “Kor ərəbin mahnısı” əsərindən Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla qeyri-qanuni istifadə ediblər. Bu hərəkətlər eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin Vardan Hovanissian və Emre Gültekin tərəfindən pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. 

Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Musiqi ilə məşq edin, o zaman...
Həmçinin Azərbaycan və Belçikanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır. Bildiririk ki, “Kor ərəbin mahnısı”nın musiqisi Fikrət Əmirov tərəfindən 1956-cı ildəAzərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılıb. Həmin tamaşanın premyerası 1956-cı ildə Bakıda, Azərbaycan Dövlət Dram Teatrında olub.

“Kor ərəbin mahnısı” əsəri Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.

Yuxarıda göstərilən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Agentlik tərəfindən Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilib, həmçinin “Youtube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin kanaldan çıxarılması xahişi ilə həmin kanalın Administrasiyasına müraciət hazırlanıb.

Xəbər lenti
0