Samir Bağırov, arxiv şəkli

Azərbaycanlı müğənni iki illik sükutu pozdu: öncə şəkillərdən başladı

616
(Yenilənib 12:21 28.08.2020)
Müğənni yeni mövsümə hazırlaşdığını, maraqlı layihələr edəcəyini bildirib. Bundan başqa, "2 sevgili" adlı mahnısını da izləyicilərinə təqdim edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Pandemiya dövründə şou-biznes aləmindəki sükutu müğənni Samir Bağırov pozub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni iki illik fasilədən sonra yenidən şou-biznesə qayıtmaq qərarına gəlib.

Посмотреть эту публикацию в Instagram

❤️ Style/Look @byrukha Designer @bornakofficial Photo @adigozalow Special Thanks @rukha__ @gunay026 #byrukha #bornakofficial #2020

Публикация от samirbagirov (@samirbagirov)

Sənətçi yeni fotoları ilə özündən söz etdirib. Onun yeni görüntüsü hər kəsi təəccübləndirib. Samir tam fərqli obrazda obyektiv qarşısına keçib. Müğənni yeni mövsümə hazırlaşdığını, maraqlı layihələr edəcəyini bildirib. Bundan başqa, "2 sevgili" adlı mahnısını da izləyicilərinə təqdim edib. Ulduzun yeni imici və mahnısı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, həmişə qeyri-adi gönüşü ilə seçilən müğənninin imici üzərində stilist Ruxa adı ilə tanınan Ruhəngiz Əliyeva çalışıb. İfaçının şəkillərinin müəllifi fotoqraf Vüsal Adıgözəlovdur.

616
Çapar dərgisi Rəsulzadənin nəvəsinə təqdim edildi

Rəsulzadə haqqında indiyədək məlum olmayan sənədlər ilk dəfə təqdim edildi

15
(Yenilənib 00:02 22.09.2020)
Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub

BAKI, 22 sentyabr — Sputnik. "Çapar" tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, dərgidə Azərbaycanın tanınmış alimlərinin - Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin yazıları dərc edilib.

Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub.

Xüsusi buraxılışda Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də yer alıb.

Dərginin xüsusi buraxılışının və Rəsulzadənin 1930-cu ildə Fransada çap olunmuş "Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda" kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.

Qeyd edək ki, "Çapar" tarix jurnalı 2018-ci ilin dekabrından çap olunur, təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.

15
Teqlər:
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə
Əlaqədar
Tohidi: “Rəsulzadə 31 mart qurbanlarını azadlıq yolunun şəhidləri adlandırmışdı”
Bir üzündə Rəsulzadə, o birində Atatürk: sənət əsərini həyətində yetişdirir - FOTO
Məhəmməd Əmin Rəsulzadə - 135 il
Yaqublu: “Rəsulzadə türk-müsəlman dünyasının tarixi şəxsiyyətidir”
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

15
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

15
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0