Züleyxa ilə dialoqlar filmindən kadr

Həmyerlimizin filmi Qafqazın ən böyük nüfuzlu film festivalında nümayiş olunacaq

79
(Yenilənib 07:57 28.08.2020)
Onun xəstəsi olmuş gənc rejissor tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. "Züleyxa ilə dialoqlar" filmi "CineDOC"-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalının "Special Screening" adlı bölməsində nümayiş olunacaq. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən filmin rejissor və prodüseri Rəşid Ağamalıyev bildirir ki, 2019-cu ildə çəkilən "Züleyxa ilə dialoqlar" qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyxa Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.

"Azərbaycan ("Peri film"), Çexiya ("Oliel Company") və Gürcüstanın ("Chai Khana") birgə istehsalı olan, Praqada yerləşən Nəfis Sənətlər Akademiyasının Kino və televiziya fakültəsinin (FAMU) dəstəyi ilə çəkilən film azərbaycan, türk və ingilis dilindədir. 2020-ci ilin yanvarın 15-də, YARAT Müasir İncəsənət Mərkəzində "Zuleyxa ilə dialoqlar" sənədli filminin premyerası baş tutub"- deyə rejissor bildirib.

Rejissor filmin yaranma tarixindən danışıb: "2016-cı ildə başıma gələn hadisəyə əsaslanır. Ağır əməliyyatdan sonra Praqa xəstəxanasında (Çexiya Respublikası) ağır vəziyyətdə yatırdım, Züleyxa mənim üçün çaldı. Züleyxa Səlcuqda (Türkiyə) yaşadığından, bizim musiqi seansları onlayn rejimində keçirdi. Bu xəstəlikdən sağaldıqdan sonra, biz, nəhayət, Bakıda görüşdük və mən onunla çox uzun müsahibə götürməklə, Züleyxa xanımın iş üsulunu öyrənməyə çalışdım. Müsahibədən sonra, onun haqqında film çəkmək və öz təcrübəm haqqında düşünmək istədiyimi anladım".

Bu film vasitəsilə musiqi terapiyası haqqında daha çox öyrənmək və təcrübəni auditoriya ilə paylaşmaq mümkündür. Rejissor məsələyə elmdən daha çox, poetik yanaşıb, o, auditoriyanı musiqi terapiyası haqqında elmi faktlarla inandırmağa çalışmayıb. Filmdə əsas diqqət Züleyxa xanımın cəlbediciliyinə və yaratdığı musiqi atmosferinə, bu ab-havanın necə qəbul olunduğuna yönəlib.

R.Ağamalıyev fransız rejissorları Vinsent Munun və Stefan Talounun filmlərindən ilhamlandığını bildirib: "Vinsent Munun üslubu nəqli yanaşma ilə deyil, musiqinin özünün yaratdığı ab-hava ilə müəyyənləşir. Atmosferlə oyun filmin üslubunun çalınan musiqi ilə birləşməsi deməkdir. Bu, kino istehsalçısı (film) ilə ekrandan səslənən musiqinin vəhdət təşkil edib, bir tam yaratmasıdır. Stefan Talounun (SAZ Film) üslubunun təsiri isə musiqinin mənalandırılması və onun həyatımızdakı rolunun müəyyənləşdirilməsi, Züleyxa ilə mənim əhvalatımın təqdim edilməsində özünü büruzə verir".

Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karaka (Belarus), rəng üzrə mütəxəssis Yan Vlnas (Çex Respublikası), qrafik dizayneri Nəzrin Ağamalıyeva (Azərbaycan), layihə koordinatoru Durna Səfərovadır (Azərbaycan). Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Merih Cırıtlı (Türkiyə), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

Qeyd edək ki, 2013-cü ildə yaranan "CineDOC" Qafqazın ən böyük və nüfuzlu Bəynəlxalq Sənədli Film festivalıdır. Festival hər il Gürcüstanın paytaxtı Tbilisidə keçirilir.

79

Prezident İlham Əliyev Eldar Quliyevi təbrik edib

21
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

BAKI, 23 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

21
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

6
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

6
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0