Kişi əlində Aqata Kristinin kitabını tutub, arxiv şəkli

Dünyanın ən məşhur kitablarından birini daha öz adı ilə tapa bilməzsiniz

371
(Yenilənib 23:46 26.08.2020)
Aqata Kristinin bu əsərinin adını, demək olar ki, bilməyən yoxdur. Amma müasirlərimiz hesab edirlər ki, onun adı cəmiyyətimizə yaraşmır

BAKI, 27 avqust — Sputnik. Detektiv romanlar müəllifi Aqata Kristinin "On zənci balası" əsərinin adı dəyişdirilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, roman bundan sonra Fransada "Onlar on nəfər idilər" adı ilə çap olunacaq. Yazıçının nəslinin davamçısı Ceyms Priçard bildirib ki, kitab yazılan zaman dil tamam başqa idi: "Məncə, romanın orijinal adı ABŞ-da heç vaxt istifadə edilməyib. Böyük Britaniyada onu 1980-ci ildə dəyişiblər, bu gün isə biz bütün dünyada romanın adını dəyişirik".

C.Priçard hesab edir ki, Aqata Kristi kiminsə onun sözlərindən inciməyini istəməzdi: "Biz kimisə incidən sözlərdən istifadə etməməliyik, 2020-ci ildə bu cür davranmalıyıq".

Qeyd edək ki, kitab artıq Fransada satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, yazıçı əsərləri ilə yanaşı, maraqlı və qeyri-adi fikirləri ilə məşhurdur. Belə ki, müsahibələrinin birində etiraf edir ki, "romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir".

Aqata I Dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləyib, əczaçılığı öyrənib. Bu, onun əsərlərindən də aydın hiss olunur. Detektivlərindəki 83 cinayətin qəhrəmanlarını zəhər içirdərək "öldürüb". Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmaması ilə əlaqələndirib. Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirməyib. O bildirirdi ki, seksual zorakılıq insanın hisslərinə mənfi təsir edir və oxucunu əsərin əsas xəttindən ayırır. Aqata Kristinin yazmaq vərdişi qəribə idi: ona isti vanna və alma lazım olurmuş.

Onu da bildirək ki, Kristinin 60 detektiv romanı və 19 hekayə məcmuəsi çap olunub. Başqa dillərə tərcüməyə görə Şekspirdən sonra o, ikinci ingilis yazıçısıdır.

371
Əlaqədar
“Əsas instinkt”in ulduzu bütün sirlərini açacaq
Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi
Gözdən qaçırdığımız təhlükə - Uşaqlara aid ədəbiyyatda onlara "məşuqə olmaq" aşılanır?!
İtirilmiş nəslin nümayəndəsi - Ernest Heminquey
Kəpənəyin saldığı yol ilə gedən qəhrəman - "Özümə, sən həyatına davam etməlisən, dedim"
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

3
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

3
Xalq artisti Məleykə Əsədova, arxiv şəkli

Məleykə Əsədova: "Lotereya oynadım, pulumu toplayıb Bakıda ev aldım

126
(Yenilənib 20:29 18.09.2020)
Xalq artisti Məleykə Əsədova: "Ailədə arzuolunmaz uşaq idim, ailəyə böyük uğur gətirdim. Sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. "Universiteti bitirəndə bir il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Space" telekanalında yayımlanan "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Aktrisa həyatının maraqlı dönəmlərindən də söhbət açıb:

"Məktəb vaxtı o qədər də gözəl qız deyildim. Arıq, uzun qız idim. Atamın rəhmətə gedəcəyini yuxumda görmüşdüm. Elə ad günündə də rəhmətə getdi".

Aktrisa anasından danışarkən göz yaşlarını saxlaya bilməyib: "Anam rəhmətə gedəndən sonra həyatın bütün çətinliklərini gördüm. Mən çatmadım, anamın ölməyini görmədim. Ailə həyatım da alınmadı. Doğrudan da, tək qaldım".

Xalq artisti əlavə edib ki, o, ailəsi üçün arzuolunmaz olub: "Valideynlərim məni dünyaya gəlməmişdən qabaq oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Atamdan sonra çətinlik, əziyyət nədir, bildim. Zəif olmadım, çiynimdə böyük yük daşıdım".

126
Əlaqədar
Məleykə Əsədovadan Ramiz Məlikə alçaldıcı çağırış
Xalq artisti alverə köməkçisini göndərir: "Özüm kənarda dayanıram"
Ramiz Məlikdən Məleykə Əsədovaya növbəti barışıq çağırışı...
Məleykə Əsədovaya qarşı şok ittiham: "Əlimizdə səs yazısı var"
Xalq artisti özünü Barbiyə bənzətdi - FOTO
Xəstə adam

Bu il böyrək çatışmazlığından əziyyət çəkənlərə böyrək köçürülməyib - SƏBƏB

0
“Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda bu il dializ xəstələrinə böyrək köçürülməyib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri namizədi,  Səhiyyə Nazirliyinin Baş Nefroloqu Fariz Babayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində pandemiyaya görə dünyanın hər yerində transplantasiya əməliyyatı aparılmayıb: “Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb. Onların arasında ölkəmizdəki dövlət tibb müəssisələrində böyrəyi köçürülənlər də var, özəl xəstəxanalarda böyrək köçürülən xəstələr də. Amma ölkədən kənarda da böyrək transplantasiyası əməliyyatı etdirənlər var. Onlar pulsuz dərmanla təmin olunur”.

0