Film çəkilişi, arxiv şəkli

Fehruz Şəmiyev: "Filmin büdcəsi yox, rejissorun çatdırmaq istədiyi fikir daha önəmlidir"

1813
(Yenilənib 10:32 28.08.2020)
Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri bildirib ki, pandemiya film istehsalatına təsir edib və festivala göndərilən filmlərin əksəriyyəti 2019-cu ildə lentə alınıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Bakı Qısa Filmlər Festivalı bu il artıq 11-ci ildir ki, ölkəmizdə keçirilir. Hər il olduğu kimi bu il də kino həvəskarları və rejissorlar filmlərini festivala təqdim edə bilərlər. Festivala təqdim olunan filmlərin çəkilişi üçün nə yüksək keyfiyyətli avadanlıq, nə də iri büdcə lazımdır. Sadəcə ideya, orijinal fikir və fərqli yanaşma tələb olunur. Festival haqqında Sputnik Azərbaycan-a danışan Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri Fehruz Şəmiyev bildirib ki, bu il çəkilən filmlərin əksəriyyəti pandemiya ilə bağlıdır: "İki ildir festivalın adı dəyişdirilib. Festivalda bu il bir neçə yeniliklər nəzərdə tutmuşuq. Bu, telefon və planşetlə çəkilmiş filmlər müsabiqəsidir. Bundan başqa, sosial çarx nominasiyası var. Sosial çarxların böyük bir hissəsi pandemiyayla bağlıdır".

Festival rəhbərinin sözlərinə görə, pandemiyayla yanaşı, təhsil sahəsi və əliliyi olan insanlarla bağlı çarxlar hazırlanıb: "Son iki ildə maarifləndirici sosial çarxlar çox çəkilib. Biz də bunu nəzərə alaraq, 35 yaşa qədər olan gəncləri bu işə həvəsləndirmək, onların əziyyətini yerdə qoymamaqdan ötrü "sosial çarx" nominasiyasını əlavə etmişik. Keçən il də bu, çox maraqla qarşılandı. Keçən il təhsil sahəsi ilə bağlı hazırlanmış sosial çarx "Qızıl Nar" mükafatı ilə mükafatlandırılıb".

Fehruz Şəmiyev
© Sputnik / Murad Orujov
Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri Fehruz Şəmiyev

Şəmiyev bildirib ki, festivalda qalib gələn rejissorun növbət il daha keyfiyyətli iş görməsi üçün ona dəstək göstəriləcək: "Festivalda bədii, sənədli, animasiya filmləri nəzərdə tutulub. Bu il xarici ölkələrdən gələn filmlərin əksəriyyəti, yayım şirkətləri tərəfindən göndərilib. Bizim festivalda da 35 yaşa qədər olan şəxslərin 35 dəqiqəyə qədər olan filmləri qəbul edilir. Festivalın yeniliyi ondan ibarətdir ki, müxtəlif şirkətlərlə danışmışıq, "02 media" şirkəti də bizə qoşulub. Festivalda qalib gələcək yerli iştirakçının ssenarisi növbəti il istehsalata buraxılacaq. Orada texniki dəstək və onlara post-prodakşın dəstəyi veriləcək. Yerli iştirakçıların gələn il də keyfiyyətli iş təqdim etməsi üçün festival öz dəstəyini verəcək".

Müsahibimizin sözlərinə görə, festival noyabr ayında bitəcək. Əgər pandemiya qeyd olunan tarixə qədər bitməzsə, festival onlayn keçiriləcək: "Pandemiya başlayandan artıq biz fəaliyyətə başlamışdıq. Biz mart ayında düşünürdük ki, pandemiya noyabr ayında bitəcək. Düşünürdük ki, biz festivalı əvvəlki qaydada həyata keçirə biləcəyik. Ümid edirəm ki, bu il noyabr ayına qədər pandemiya bitər, biz festivalı həmişəki qaydada keçirərik. Festival noyabrın 13-dən 17-dək keçiriləcək. Belə olmadığı təqdirdə, biz festivalı onlayn şəkildə keçirəcəyik. Bu təcrübə artıq dünyada var. Pandemiya dövründə bir çox ölkələrdə festivallar onlayn keçirilib".

Festival sözçüsünün dediyinə görə, artıq filmlər seçilməyə başlanıb: "Filmlər gəldikcə biz onları "ələkdən keçiririk". Bu il bizə qonşu olan ölkələrdən başqa, Amerikadan, Braziliyadan, Meksikadan, Almaniyadan, Argentinadan və digər ölkələrdən filmlər gəlir. Qeyd edim ki, pandemiyanı çox dolğun əks etdirən ölkə Argentinadır".

Həmsöhbətimiz pandemiyanın film istehsalatına da təsirsiz ötüşmədini vurğuladı: "Pandemiya sözsüz ki, film istehsalatına təsir edib. Bizim festivalın şərtlərindən biri də budur ki, filmlər son 2 ildə istehsal olunmalıdır. Bu, beynəxlq qaydalarda belədir. Festivala göndərilən filmlərin əksəriyyəti 2019-cu ildə lentə alınıb. 2020-ci ildə çəkilən filmlərin 70%-i pandemiyayla bağlıdır. Oktyabr ayında hansı filmlərin festivala buraxılacağı və komissiyaya təqdim olunacağı bəlli olacaq".

DAXİLDƏKİ ADA filmindən səhnə
© Photo : Ru Hasanov / THE ISLAND WITHIN / 2020

"Münsiflər heyətinin tərkibi hələ məlum deyil. Biz hazırda o işlə məşğuluq. Bizdə beynəlxalq proqramı xarici heyət idarə edir, yerli proqramı isə yerli mütəxxəssislər tərəfindən qiymətləndirilir. Azərbaycandan da filmlər gəlir artıq. Keçən ilə nisbətən, bu il daha keyfiyyətli filmlər gəlib", - deyə o əlavə edib.

Şəmiyev onu da əlavə edib ki, festivala göndərilən filmin büdcəsi yox, rejissorun çatdırmaq istədiyi fikir daha önəmlidir: "Xaricdən gələn filmlərin içində iri büdcəli filmlər var. Hansılar ki qrandların hesabına ərsəyə gəlib. Belə bir fikir formalaşıb ki, iri büdcəli filmlə az büdcəli film necə, rəqabət apara bilərmi? Bildirim ki, dünyada da "A" kateqoriyalı filmlərin festivalında da iri büdcəli filmlə az büdcəli film rəqabət apara bilər. Festivalda əsas məsələ büdcə deyil. Əsas məsələ rejissorun fikrini çatdırmasıdır, onun yanaşma tərzidir. Festival zamanı maliyyəni yox, rejissorun üslubu əsas götürülür. Ola bilər ki, 300 manatlıq film 20000-lik filmə qalib gəlsin. Film göndərən şəxslərə bildirim ki, maliyyə əsas deyil. Sizin orijinallığınız, bədii yanaşma tərziniz önəmlidir. Kommersiya filmlərində maliyyə önəmlidir. Festival filmlərində isə maliyyə keçərli deyil. Azərbaycanda artıq bu təcrübə var. Son illər çox az büdcə ilə çəkilən Rüfət Həsənovun, Teymur Hacıyevin və Azərbaycan kino tarixində əhəmiyyətli hadisə olan Hilal Baydarovun Venesiya Film Festivalında iştirak etməsi buna əyani sübutdur. Hilal Baydarovun filmi dünyanın nəhəg rejissorları ilə eyni proqramdadır. Hansı ki, Baydarovun filminin büdcəsi qat-qat aşağıdır".

1813
Əlaqədar
"Qadına şiddət göstərən biri ilə eyni filmdə, serialda oynamaram"
Robert de Niro və Al Paçino yenidən eyni filmdə rol aldılar
İranlı qadın bütün dövrlərin ən yaxşı qadın rejissoru oldu
Azərbaycan əsilli avropalı rejissor festivalın qalibi oldu
Azərbaycanlı rejissorun "Daxildəki ada"sı qalib olub
Şeron Stoun

Modellik edən yaşlı aktrisa hər kəsi mat qoydu

23
(Yenilənib 23:04 30.11.2020)
"Instagram" hesabında möhtəşəm vücudunu nümayiş etdirən model bu barədə özü də qeyd edib: "62 yaşımda model kimi fəaliyyət göstərdiyim üçün həm təəcüblənirəm, həm də minnətdaram"

BAKI, 30 noyabr — Sputnik. 62 yaşlı Hollivud ulduzu Şeron Stoun hələ də model kimi fəaliyyət göstərir.

"Instagram" hesabında möhtəşəm vücudunu nümayiş etdirən model bu barədə özü də qeyd edib:

"62 yaşımda model kimi fəaliyyət göstərdiyim üçün həm təəcüblənirəm, həm də minnətdaram".

View this post on Instagram

A post shared by Sharon Stone (@sharonstone)

Məlumat üçün bildirək ki, soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-a qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir. "Qanundan yüksəkdə", "Motor" ləqəbli Cekson", "Qarışqa Zed" və s. filmlərdə rol alıb.

23
Pianino

"Notların möcüzəsi" adlı onlayn müsabiqə keçirilir

9
(Yenilənib 22:25 30.11.2020)
Müsabiqədə iştirak etmək istəyən şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilərlər

BAKI, 30 noyabr — Sputnik. Regionlarda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri və musiqi məktəblərinin şagirdləri arasında "Notların möcüzəsi" adlı onlayn müsabiqə keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğ edilməsinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin populyarlaşdırılmasına, o cümlədən musiqi təhsilinin təbliğ və valideynlər arasında təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilərlər. İfalar dekabrın 8-dək videogörüntü şəklində təqdim edilməlidir. İştirakçı olmaq istəyən namizədlər müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki "Facebook" hesabından əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan "Notların möcüzəsi" estetik zövqün formalaşdırılması layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi regionlarda musiqi mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.

9
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

76
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

76
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın