Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 25 avqust — Sputnik. «IRS» jurnalı və Azərbaycan Fotoqrafları Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqəsinin nəticələrini elan ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, qaliblər may ayından münsiflər tərəfindən seçilsələr də, pandemiya qaydalarına görə, qaliblərin təltif olunması yubadılıb.
"Mənim diyarım", "Mənim şəhərim", "Adətlər və ənənələr", "Azərbaycan təbiəti", "Dəniz", "Dağlar" və "Yuxarıdan görünüş" adlı nominasiyaların qaliblərinə 300 AZN məbləğində mükafat veriləcək. Qaliblərin sırasında Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafayev də var. O, "Mənim diyarım" nominasiyasında müsabiqəyə qatılıb. İlham Mustafayev sözügedən fotonu Quba rayonunun Xınalıq kəndində çəkib. Fotosu "Xınalıqlı tumurcuqlar" adlanır.
Qeyd edək ki, müsabiqədə hər nominasiyada ilk beşlikdə yer tutmuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunacaq. Hər bir çap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunacaq.
Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı («IRS» və «Azerbaijan Airlines» jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikovadır (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.
Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Xalq artisti, bəstəkar və müğənni Tünzalə Ağayeva mədəniyyət paytaxtımız olan Şuşada klip çəkdirib. Kliplə bağlı Sputnik Azərbaycan-a məlumat verən müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, mahnının adı "Şuşam mənim" adlanır: "Mahnı Azərbaycanın Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Mahnının bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur".
Посмотреть эту публикацию в Instagram
Prodüserin sözlərinə görə, klipin çəkilişləri artıq yekunlaşıb: "Klip mini-filmi xatırladır. Tünzalə xanım orada çox az rol alıb. Klip Qarabağda şəhid olan döyüşçülərimizə həsr olunub. Çəkilişlər bitib, hazırda montaj işləri gedir. Klip gələn həftə ictimaiyyətə təqdim olunacaq".
Посмотреть эту публикацию в Instagram
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.