CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur müğənninin keçmiş arvadı ərinin ona verdiyi işgəncələrdən danışıb

© Photo : Instagram / imfarganaФаргана Гасанова, фото из архива
Фаргана Гасанова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sənətçi ilə gərgin münasibətlər və ərinin qohumlarının təzyiqi Fərqanənin özünə inamını tamamilə məhv edib.

BAKI, 25 avqust — Sputnik. Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni Bəxtiyar Əliyev (Bahh Tee) son günlər Rusiya mətbuatında ən çox müzakirə olunanlar sırasındadır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda 2-ci dəfə ailə həyatı quran məşhurun keçmiş həyat yoldaşı Fərqanə Həsənova keçmiş əri tərəfindən təzyiqlərə məruz qaldığını söyləyib:

"Bütün bunlar ilk dəfə bal ayında başladı, çox qorxmuşdum, nə edəcəyimi bilmirdim, heç kimə bu barədə demədim. Əlbəttə, mən mələk deyiləm, amma şiddət dəhşətlidir və heç nə buna əsas vermir. Bəxtiyarın ciddi psixoloji problemləri var. Əsəbləşəndə təkcə qışqırmaqla dayanmırdı. Saçımdan tutub məni döşəmədə sürükləyirdi, qollarımı büküb, qulağıma bağırırdı".

Onun sözlərinə görə, üç ildən artıq yaşadıqları müddətdə Fərqanənin sevgi ilə xatırladığı çox məqamlar var. Ancaq sonradan göstərilən şiddət, təhqir və təhdid dalğası bu xatirələri yerli-dibli silib.

Фаргана Гасанова, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Heç ağlamadım” – yeni toy edən müğənninin keçmiş arvadı

Üç illik evliliyində Həsənova keçirdiyi sarsıntılarla əlaqədar çox arıqlayıb, tez-tez xəstələnib və daim həkimlərə müraciət edib. Əri onu kompleksə salaraq, ondan başqa heç kimə lazım olmadığı barədə fikirlər təlqin edib.

Sənətçi ilə gərgin münasibətlər və ərinin qohumlarının təzyiqi Fərqanənin özünə inamını tamamilə məhv edib.

"Axırda mən kəkələməyə və özümdən utanmağa başladım. İntihar etməyi düşünürdüm. Buna görə Novosibirskdə psixoloqa getdim", - deyə Fərqanə olanları xatırlayıb.

Altı ay psixoloqa getdikdən sonra gənc qadın normal vəziyyətə qayıda bilib.

Fərqanə hesab edir ki, keçmiş ərinin psixoloji vəziyyətinin səbəblərindən biri onun valideynləri olub. Onlar daim cütlüyün həyatına müdaxilə edib, qaynanası isə oğlunu həyat yoldaşına qısqanıb.

B.Əliyevlə yaşamaq mümkünsüz olduqda, Fərqanə dözməyib, əşyalarını toplayaraq Novosibirskə - valideynlərinin yanına gedib. Fərqanə keçmiş ərinin sənədlər üzərində oynayaraq onu boşandıqdan sonra heç nəsiz qoyduğunu bildirir. Halbuki evlilik müddətində onlar Rusiya paytaxtında ev və maşın alıbmışlar. Məşhur öz mənzilini anası və bacısına hədiyyə edib.

"Moskvada qalan əşyalarımı mənə zibil paketlərində yollandı. Ancaq o, bununla da kifayətlənmədi. Məni təhdid etdi, rəfiqəmə deyib ki, onun başı 300 min rubla (6800 AZN) dəyər".

Fərqanə keçmiş ərinin onun haqqında hər yerdə pis sözlər danışdığını deyib.

"Doğrudan da pul insanı dəyişirmiş, ancaq insan qəlbi dəyişməz olaraq qalır", - deyə gənc qadın təəssüf hissi ilə sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, müğənninin ilk xanımı Fərqanə Həsənova ilə boşanmasından bir ildən də az vaxt keçib. Müğənni Bəxtiyar Əliyev (Bahh Tee) bu yaxınlarda ikinci dəfə ailə həyatı qurub.

Xəbər lenti
0