DAXİLDƏKİ ADA filmindən səhnə

Azərbaycanlı rejissorun "Daxildəki ada"sı qalib olub

241
Filmin senari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.

BAKI, 21 avqust — Sputnik. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun "Daxildəki ada" filmi 26-cı Sarayevo Film Festivalında qalib olub.

Onun sözlərinə görə, film "Ən yaxşı rejissor" nominasiyasında "Sarayevonun ürəyi" mükafatına layiq görülüb.

Filmin senari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.

Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

Qeyd edək ki, Sarayevo Film Festivalı, Cənub-Şərqi Avropanın ilk və ən böyük film festivalıdır. Müsabiqə 1995-ci ildə Bosniya İstiqlal Müharibəsində Sarayevonun mühasirəsi əsnasında quruldu və hər il beynəlxalq və yerli məşhurları Sarayevoya gətirir. Avqust ayında keçirilir və dünyanın müxtəlif yerlərindən geniş bədii və qısametrajlı filmlər nümayiş olunur.

241
Min bir gecə baleti, arxiv şəkli

Sankt-Peterburqda ilk dəfə "Min bir gecə" baleti nümayiş olunub

24
15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin "Yatmış gözəl", A.Adanın "Korsar" baletleri ilə bərabər Fikrət Əmirovun "Min bir gecə" əsəri əsas yer tutur.

BAKI, 21 yanvar — Sputnik. Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrında dahi bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baletinin dörd gün ərzində uğurlu ifası baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində nümayiş olunub.

15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin "Yatmış gözəl", A.Adanın "Korsar" baletleri ilə bərabər Fikrət Əmirovun "Min bir gecə" əsəri əsas yer tutur.

Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi "1001 gecə" baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev idarə edib.

Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər.

Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valeri Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlini dəyişməsi olub. Tamaşanı izlədikdən sonra maestro Valery Gergiyev Azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrın tarixində əlamətdar və unudulmaz bir hadisə kimi qeyd edib.

Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.

Qeyd etmək lazımdır ki, azərbaycanlı musiqiçilərin Sankt-Peterburqa səfər ilə bağlı təşkilati məsələlərinin həllində Azərbaycanın Rusiyadakı səfirliyi dəstək olub.

24
Mikrofon, arxiv şəkli

"Sən ağlama"nı oxumaq istəyənlər, təzminat ödəməli olacaqsınız

14
(Yenilənib 15:34 21.01.2021)
Aysel Gürelin qızı və varisi Mehtap Ar bundan sonra "Sən ağlama" mahnısını icazəsiz oxuyan müğənnilərə qarşı məhkəmə qərarı çıxardıb.

BAKI, 21 yanvar — Sputnik. Türk pop musiqisinin sevilən əsərlərindən olan "Sən ağlama" mahnısı ilə bağlı məhkəmə qərarı çıxıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sən ağlama" mahnısının sözləri Aysel Gürel, musiqisi isə Sezen Aksuya məxsusdur.

Aysel Gürelin qızı və varisi Mehtap Ar bundan sonra "Sən ağlama" mahnısını icazəsiz oxuyan müğənnilərə qarşı məhkəmə qərarı çıxardıb. Belə ki, anasının varisi kimi "Müzik Eseri Sahipleri Grubu Meslek Birliği"nə (MSG) üzv olan Mehtap Ar, Sezen Aksunun mahnının tək sahibi olmasına da etiraz edib və məhkəməyə baş vurub.

Uzun sürən məhkəmədən sonra Mehtap Arın tələbi qəbul edilib və bundan sonra "Sən ağlama" mahnısına müraciət edən hər hansı bir sənətçi, Mehtap Ara faiz ödəyəcək.

Həmçinin məhkəmə qərarı ilə bugünədək açılan məhkəmə qərarına da dəyişiklik gətirilib. Beləki, Sezen Aksunun qazandığı məhkəmənin qərarında müəyyən dəyişiklik olub və Mehtap Ara 23 min TL təzminat ödənilməsinə qərar verilib. Məbləğ, 16 illik faizlə zərərçəkmiş tərəfə təqdim ediləcək.

14

Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

0
(Yenilənib 00:41 22.01.2021)
Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.
İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
© Sputnik / Elnur Salayev

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci yarısı artıq geridə qalıb və bombardirlərin siyahısında Bakının "Neftçi" komandasının hücumçusu Namiq Ələsgərov liderdir. O, çempionatın 13 turu ərzində 8 qol vurub. "Qarabağ"ın oyunçuları Mahir Əmrəli və Filip Ozobiç isə öz hesablarına 7 qol yazdıra biliblər.

Lakin hazırkı oyunçuların göstəriciləri Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin iyirmiliyinə daxil olanların göstərdiyi nəticələrdən çox uzaqdır. Həmin futbolçuların hamısı artıq karyerasını başa vurub. Bu siyahıya 183 qolla Nazim Əliyev liderlik edir. İkinci yerdə qərar tutan Müşfiq Hüseynov ondan 58 qol geri qalır. Üçlüyü aktivində 116 qol olan Rövşən Əhmədov tamamlayır.

Yeri gəlmişkən, Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin beşliyində Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var. O, cəmi 115 qol vurub.

Azərbaycanın futbol üzrə çempionatlarının ən yaxşı bombardirlərinin tam siyahısı ilə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış olmaq mümkündür.

0