Fərqanə Həsənova, arxiv şəkli

“Heç ağlamadım” yeni toy edən müğənninin keçmiş arvadı

3680
(Yenilənib 23:12 20.08.2020)
Bəxtiyar Əliyev Moskvada özünə dəbdəbəli toy etdikdən sonra onun keçmiş arvadı Fərqanə Həsənova izləyicilərinə dəstəyə görə təşəkkür edib

BAKI, 20 avqust — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Azərbaycan əsilli tanınmış müğənnisi Bəxtiyar Əliyevin (Bahh Tee) keçmiş həyat yoldaşı Fərqanə Həsənova onun yenidən ailə qurmasına görə heç kədərlənmədiyini bildirib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Instagram-dakı səhifəsində yazıb. Xatırladaq ki, bu günlərdə Bahh Tee Moskvadakı iri restoranların birində məşhur müğənnilərin iştirakı ilə özünə ikinci dəfə dəbdəbəli toy çaldırıb. İkinci xanımının adını müğənni gizli saxlamağı üstün tutub.

Бахтияр Алиев и Фаргана Гасанова
Bəxtiyar Əliyev və Fərqanə Həsənova

Həsənova isə izləyicilərinə dəstəyə görə təşəkkür edib.

“Düzünü deyim ki, baş verənə görə kefimi pozmadım. Amma bu gün gözüm yaşardı, kədərdən yox, sevincdən. Sizin gözəl dəstək mesajlarınızı, xoş arzularınızı oxumaq, sizin sevginizi görmək mənə çox xoşdur. Bu qədər yaxşı, mehriban insanların əhatəsində olduğunu bilmək gözəldir. Biz hətta şəxsən tanış olmasaq da, dünən bəzi qızlar mənə görə ağladılar da, düzü, bunu gözləmirdim. İstəmirəm ki, mənə görə narahat olub kədərlənəsiz. Mən yaxşıyam. Həyatınızda  nə baş verirsə-versin, Allaha təşəkkür etməyi unutmayın”, - Həsənova yazıb.

Qeyd edək ki, Bəxtiyar Əliyevlə Fərqanə Həsənova 2016-cı ildə evlənmiş, 2019-un oktyabrında isə boşanmışdılar. Həsənova boşanma səbəbi kimi müğənninin xəyanətini göstərmişdi.

 

3680
Əlaqədar
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Nura Suri: "Mənə mesaj yazıb, iş istəyirlər
Flora Kərimova: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram"
Dünyaca məşhur müğənni ad gününü fərqli qeyd etdi – tort əvəzinə...
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

11
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

11
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib
Şəkidə tarixi abidə aşkarlanıb

Şəkidə unikal tapıntı üzə çıxıb

14
(Yenilənib 17:41 21.09.2020)
Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.

  • Şəkidə tarixi abidə aşkarlanıb
    © Photo : İnstitute of Archaeology and Ethnography
  • Şəkidə tarixi abidə aşkarlanıb
    © Photo : İnstitute of Archaeology and Ethnography
  • Şəkidə tarixi abidə aşkarlanıb
    © Photo : İnstitute of Archaeology and Ethnography
1 / 3
© Photo : İnstitute of Archaeology and Ethnography
Şəkidə tarixi abidə aşkarlanıb

1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.

Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşib, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınıb.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, builki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.

14
Əlaqədar
Qəbələdəki arxeoloji kəşflər tariximizin öyrənilməsinə ciddi təsir edəcək
Qoruqlarımıza əl gəzdirəcəklər, Basqalda arxeoloji park açılacaq
Bu arxeoloji tapıntı alimləri qorxuya saldı
Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntı nəticə verib
Fransada epidemioloji vəziyyət

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!

7
(Yenilənib 21:56 21.09.2020)
COVID–19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik.COVID – 19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub. Hazırda 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xeyli müddətdir ki, hansı vaksinin alınacağı, onun kimlərə vurulması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı olaraq bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu da yaradılıb. Əsas müzakirələr isə daha effektiv olan vaksinin, həmçinin vurulan insalara əlavə təsiri olmayan vaksinin seçilməsi ətrafında gedir:

"İngiltərə-İsveç firması var. Artıq onların vaksinləri cəlbedicidir və çoxsaylı təkliflər oldu. Bu vaksinlər cəlbedici görsənir. Bundan başqa, bildiyiniz kimi Rusiya da "Sputnik V" vaksini hazırlayır, sınaqlar davam edir. Çin firmaları tərəfindən bir neçə vaksin təklif olunub. Daha sonra ABŞ şirkətləri tərəfindən də vaksinlər təklif olunur".

Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insalara vurulması nəzərdə tutulub. Bura əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da ölkədəki əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır:

"Xroniki ağciyər xəstəlikləri, o cümlədən bronxial astma, xroniki ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, metobolik sindromu olan, şəkərli diabeti olan şəxslər. Bunların hamısı elə qrupdur ki, bunlarda koronavirus infeksiyasından fəsadlaşmalar daha çox olur. Bir də ki, çoxsaylı təmaslarda işləyən şəxslər risk qrupuna daxil edilir. Məsələn, həkimlər, müəllimlər və s." – deyə Akif Qurbanov bildirib.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin ödənişsiz olması nəzərdə tutulub. Özəl firmalar da vaksinləri alaraq ölkəyə gətirə bilər ki, bunun ödənişli olmasına dövlət qarışmır.

7
Teqlər:
vaksin, peyvənd, Rusiya, İsveç, İngiltərə, Koronavirus, COVID-19
Əlaqədar
ABŞ-dan Rusiyaya daha bir zərbə: vaksin yaradan institutu da qara siyahıya saldılar
Belarus vaksin sınağına başlayır – Hələlik Rusiya vaksininin
AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Azərbaycanlı alim COVID-19 üçün vaksin hazırladı