CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tbilisidə doğulub Azərbaycanı dünyada tanıdan dahi: bu gün yubileyidir

© Photo : State Museum of Musical Culture of AzerbaijanMaestro Niyazi Hacıbəyov, arxiv şəkli
Maestro Niyazi Hacıbəyov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Videoslaydda Maestro Niyazinin həyatından, yaradıcılığından, ev-muzeyindən bəhs edən şəkillər tərtib edilib

BAKI, 20 avqust — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi məşhur azərbaycanlı dirijor və bəstəkar Maestro Niyazinin 108 illiyi münasibətilə videoslayd hazırlayıb.

Sputnik Azərbaycan bildirir ki, videoslaydda Maestro Niyazinin həyatından, yaradıcılığından, ev-muzeyindən bəhs edən şəkillər tərtib edilib.

Qeyd edək ki, Hacıbəyovlar nəslinin parlaq nümayəndələrindən biri olan, bəstəkar, Azərbaycanda musiqili teatrın yaradıcılarından biri Zülfüqar Hacıbəyovun oğlu Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə "Humayun" xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrində Azərbaycanı tanıdıb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O deyərdi: "Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər".

Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası və "Çitra" baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun "Çitranqada" fəlsəfi dramı əsasında yazılmış "Çitra" baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Xəbər lenti
0