Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyanı xilas eləməyə tələsəndə qəzaya düşdü - FOTO

© © Shannon Finney / Getty Images / AFPАмериканский актёр Том Круз, фото из архива
Американский актёр Том Круз, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ilin avqustunda Kruz məhz elə "Çətin tapşırıq" filminin 6-cı hissəsinin Londondakı çəkilişlərində xəsarət almışdı

BAKI, 16 avqust — Sputnik. Hollivud ulduzu Tom Kruz “Çətin tapşırıq” filminin yeddinci hissəsinin çəkilişləri zamanı qəzaya düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Mirror yazır.

Kaskadyorların köməyindən yararlanmağı sevməyən və çox zaman tryukları özü ifa edən aktyor, ssenariyə görə, motosikletlə bir bnanın damından o birinə atlamalı imiş. Amma bu, mümkün olmayıb.

​Nəqliyyat vasitəsi hərəkətə gətiriləndən sonra əyləcində problem yaranıb və nəticədə digər evin damına çatmayıb. Kruzu sığortaladıqlarından o, xəsarət almayıb.  İki milyon funt-sterlinq dəyərindəki motosikl isə yanıb.

Kristofer Makkuorrinin “Çətin tapşırıq-7” filmi 2021-ci il noyabrın 18-də ekranlara çıxacaq.

2017-ci ilin avqustunda Kruz məhz elə bu filmin 6-cı hissəsinin Londondakı çəkilişlərində xəsarət almışdı. O, tikinti nərdivanlarının üzərindən qonşu binanın damına atılmalı imiş, amma dama çatmayaraq evin divarına dəymişdi. Sığorta kəndirlərinin köməyilə özü dama dırmaşan aktyoru sonra çəkiliş meydançasından xəstəxanaya aparmışdılar.

 

Xəbər lenti
0