BAKI, 16 avqust — Sputnik. Çukayevlər ailəsi Balakən rayonunun Meşəşambul kəndində yaşayır. Gürcüstanla sərhəddə yerləşən bu kənddə hər kəs onları "rəqs edən ailə" kimi tanıyır. Çukayevlər təkcə şimal-qərb bölgəsində deyil, Azərbaycanda da məşhurdurlar. Sputnik Azərbaycan da həmin ailənin qonağı oldu.
Mehriban, Mədinə, Mirvari, Xalidə, Mələk, Məhəmməd və anaları Pitimat xanım bölgədə təşkil olunan toyların və festivalların olmazsa olmazlarındandır. Söhbətimizi qrupun rəhbəri Pitimat xanımla başladıq: "Mən oğlumla daha çox "yerli hava"nı oynayıram. "Yerli hava"nı əsasən yaşlı insanlar oynayırlar. Toylarımızda da ənənəyə görə, yerli havayla başlayırıq. Avar toylarında, adətə görə, birinci nənə və baba rəqs edirlər. Nənə-baba yoxdursa, ata-ana "yerli hava" ilə başlayırlar".
Qrup yaratmaq Pitimat xanımın ən böyük arzularından olub:
"Cavanlıqda çox istəyirdim ki, qrup yaradım, rəqs edim. Rəqslərimizi təkcə bölgəmizə deyil, bütün Azərbaycana nümayiş etdirim. Amma anam icazə vermirdi. Anam deyirdi ki, "qızsan, nə işin var, camaatın qarşısında rəqs edəcəksən?" Bu arzu ilə yaşadım uzun illər. Övladlarım böyüdükdən sonra bu arzuma çatdım. Onların yardımı ilə qrup yaratdıq. Geyimlər tikdirdik. Yoldaşım da mənə bu yolda mane olmadı. İndi çörəyimiz rəqslərdən çıxır".
Söhbətimizi Mədinə xanımla davam etdiririk. Mədinə xanım deyir ki, başqa millətlərdən olan insanlar avar rəqslərini sevsələr də, avarlar kimi oynaya bilmirlər: "Başqa millətlərdən olan insanlar da avar rəqsini öyrənməyə cəhd edirlər. Amma onlarda o qədər də mükəmməl alınmır. Genində avar qanı olan insan bu rəqsi mükəmməl ifa edir. Çünki avarlar musiqini eşitdikləri an yerlərində otura bilmirlər. Biz də Azərbaycan və dünya rəqslərini ifa edirik. Etiraf edim ki, bizdə də azərbaycanlılar kimi mükəmməl alınmır".
Mədinə xanım sözügedən rayonda həm də rəqs müəllimi kimi fəaliyyət göstərir. Rəqqasə rəqsin sirlərini Dağıstanda daha da təkmilləşdirib: "Burada avar rəqslərini öyrənmişdim, amma Dağıstanda rəqs üzrə təhsil aldım, daha da təkmilləşdirdim. Orada digər millətlərin rəqslərini də öyrəndim. Rəqs elədir ki, bu, qanla gəlir. İstisnalar ola bilər, ola bilər ki, bu rəqsə sevgisi həddindən artıqdır. O insan oynaya bilər. Bir dəfə internetdə rastıma çıxdı, bir afrikalı avar rəqsini ifa edirdi. Çox gözəl oynayırdı. Lakin avarlar qədər bunu bacara bilməzlər".
Avar və ləzgi rəqslərinin bəzi elementlər baxımından bir-birinə bənzədiyini deyən həmsöhbətimiz bildirir ki, bu rəqslər arasında fərqlər çoxdur: "Başqa millətlərdən olan insanlar və xüsusən azərbaycanlılar bu rəqsləri bir-birindən ayıra bilmirlər. Hətta bu işdən anlayanlar belə, bəzən qarışdırırlar. Amma bu, belə deyil, rəqslərin arasında çox böyük fərq var".
Rəqsi dünyada hər şeydən çox sevdiyini deyən rəqqasə ona evlilik təklif edən insanların qarşısına şərt qoyur: "Mübaliğəsiz deyirəm, rəqs mənim həyatımdır. Uşaqlıqdan rəqs edirəm. 13 ildir ki, professional rəqslə məşğulam. Ona görə də mənə evlilik təklif edən insanların qarşısında şərt qoyuram ki, mən ömrümün sonuna qədər rəqs edəcəm. Hələ ki bu şərtimlə razılaşan olmayıb. İki bacım ailə qurub, rəqsdən uzaqlaşıblar. Amma mən bacarmaram. Rəqs etməsəm, dünya mənim üçün dayanar".
Müsahibimiz deyir ki, bəzən toylarda elə rəqs edirlər ki, ona rəqs demək olmaz: "Rəqs çox incə bir sənət növüdür. İnsanların böyük bir qismi rəqs etməyə can atır. Son illər bu barədə mənə də müraciət edənlər həddindən artıqdır. Xeyli sayda tələbəm var. Bəzən toylarda elə rəqs edirlər ki, insan baxanda xəcalət çəkir. Təbii ki, hər kəs rəqsi peşəkarlıqla ifa edə bilməz. Bu, qeyi-mümkündür. Qadınlar kişi kimi rəqs edirlər. Bu, oynamaq deyil, atılıb-düşməkdir. Estetik baxımdan çox pis görünür. Qadın rəqsi zərif olmalıdır. Xüsusən şərq qadınlarının rəqsləri zərif olub. Amma bizdə avar, ləzgi rəqsi adı altında atılıb-düşürlər".
Rəqqasə xanım deyir ki, hərdən toylarda kişi rəqsləri də ifa edir: "Qadın olsam da, kişi rəqslərinə marağım daha böyükdür. Bəzən toylarda hündürdaban ayaqqabımı çıxarıb, idman ayaqqabısı ilə rəqs edirəm. Digər qadınlar da edə bilərlər, bayağılığa yol verməmək şərti ilə".
BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.
Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.
İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.