Qadın güzgüyə baxır, arxiv şəkli

Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi

72
(Yenilənib 23:15 10.08.2020)
Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

BAKI, 10 avqust — Sputnik. "Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni Lara keçirdiyi estetik əməliyyatlar nəticəsində tanınmaz hala gəlib.

2000-ci illərdə Türkiyədə məşhurlaşan 41 yaşlı müğənninin xeyli sayda əməliyyat etdirdiyi bildirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

İzləyicilərinin belə tanımaqda çətinlik çəkdiyi Laranın hətta göz rəngini belə əməliyyatla dəyişdirdiyi iddia edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

72
Əlaqədar
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir
Çəkiliş, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb

1
Festivalın bağlanış və mükafatlandırma mərasimi 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib

BAKI, 19 sentyabr — Sputnik. Rejissor Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib.

15-18 sentyabr 2020-ci il tarixlərində Türkiyənin tarixi Kapadokya bölgəsində Beynəlxalq Turizm Filmlər Festivalı keçirilib. Festivalda Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin "My Country Azerbaijan" turizm tanıtım filmi "Ölkə" nominasiyasında 1-ci yerə layiq görülərək "Qızıl Mükafat" alıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 5-ci dəfə reallaşan festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalın film nümayişləri 16-17 sentyabrda Nevşehir Qalasında açıq havada reallaşıb.

Festival çərçivəsində konfranslar, görüşlər, foto sərgiləri, fotosafari və atelye çalışmaları keçirilib.

Festivalın bağlanış və mükafatlandırma mərasimi isə 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən "Beynəlxalq Turizm Filmləri Festivalı"nda daha öncə də Fuad Quliyevin filmləri müxtəlif mükafatlara layiq görülüb. Bakı Media Mərkəzinin istehsalı olan "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" turizm filmi 2018-ci ildə dünyanın müxtəlif ölkələrində keçirilən Turizm Filmləri Festivallarında müxtəlif mükafatlar alıb.

1
Kino lenti, arxiv şəkli

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib

7
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.

Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.

Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

7