Məmurlar, arxiv şəkli

Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi

34
(Yenilənib 17:21 10.08.2020)
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov üç işçini vəzifəsindən azad edib

BAKI, 10 avqust — Sputnik. Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A.Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

34
Mixail Borisov

Azərbaycanlı tələbələrdən ibarət kursun rəhbəri, tanınmış rejissor vəfat edib

8
(Yenilənib 14:20 20.09.2020)
Boris Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələrdən ibarət kursun rəhbəri, tanınmış rejissor Mixail Borisov vəfat edib.

BAKI, 20 sentyabr - Sputnik. Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda rejissorluq kafedrasının müdiri, institutdakı azərbaycanlı tələbələrdən ibarət kursun və studiyanın rəhbəri, rejissor, teleaparıcı və aktyor Mixail Borisov 71 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, vəziyyəti qəflətən teatr səhnəsində pisləşən M.Borisov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Teatr xadiminə ağciyərlərin iltihabı diaqnozu qoyulub.

Mixail Borisov Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda kafedra müdiri, institutda azərbaycanlı gənclərdən ibarət kursun rəhbəri idi. 2016-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11 azərbaycanlı gənc Moskvada təhsil almağa başlamışdır. M.Borisov Azərbaycana gələrək istedadlı gənclərin seçilməsində şəxsən iştirak etmişdi. Rejissor AZƏRTAC-a müsahibəsində Azərbaycandan daha çox istedadlı gəncin Moskvada təhsil almasına çalışdığını, ölkəmizlə mədəni əlaqələirin genişlənməsinin əhəmiyyətini vurğulamışdı.

8
Bitlz qrupuna Rusiyada qoyulmuş abidə, arxiv şəkli

Əfsanəvi qrup haqqında film kitab hazırlanır

198
Əfsanəvi "The Beatles" rok musiqi qrupuna həsr olunmuş son 20 ilin ilk kitabı nəşrə hazırlanır, həmçinin sənədli film çəkilir.

BAKI, 20 sentyabr — Sputnik. Əfsanəvi "The Beatles" rok musiqi qrupuna həsr olunmuş son 20 ilin ilk kitabı nəşrə hazırlanır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, kitabın adı "Let it be" albomundakı son mahnının - "Get back"ın ("Geri dön") adı seçilib. Kitaba giriş sözünün müəllifi britaniyalı yazıçı Hənif Küreyşidir.

Həmçinin 2021-ci ilin avqust ayında məşhur dördlükdən bəhs edən, "Üzüklərin hökmdarı"nı da ərsəyə gətirmiş rejissor Piter Ceksonun çəkdiyi sənədli film ekranlara çıxacaq.

Həm kitaba, həm də filmə ilk dəfə açıqlanan arxiv materialları daxil ediləcək.

Qeyd edək ki, "The Beatles" bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmiş qruplardandır. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə, Beatles ABŞ-da bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılıb. 2004-cü ildə tanınmış "Rolling Stone" jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görülüb.

198
Teqlər:
Rolling Stone, The Beatles qrupu, "The Beatles"
Əlaqədar
The Beatles-ın ilk müqavilə sənədi satışa çıxarılır
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı

0
(Yenilənib 22:22 20.09.2020)
"Microsoft" korporasiyasının banisi: "Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri aşağı salmaq lazımdır".

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - deyə o, suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır. Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - Qeyts deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

0
Teqlər:
Fox News, epidemiya, Koronavirus, COVID-19, Bill Gates
Əlaqədar
Bill Geytsin "koronavirusdan betər fəlakət" sözləri nə dərəcədə doğrudur?