Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bizimkilər"in Cəmili tanınmaz hala düşdü

© AFP 2023 / ANGELOS TZORTZINISПенсионер, фото из архива
Пенсионер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
1999-cu ildə baş verən İzmit zəlzələsindən ağır zədə alan sənətkar aktor fəaliyyəti ilə yanaşı, qəhvə-bar fəaliyyəti ilə də məşğul olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Türkiyənin məşhur aktyoru Uğurtan Sayıner xəstəliyi ilə əlaqədar İzmir Böyükşəhər Bələdiyyə sədrinin tapşırığı ilə xəstəxanaların birinə yerləşdirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, aktyor uzun müddət iştahsızlıq və maye elektron disbalansının yaranması ilə əlaqədar tanınmaz hala düşüb. Aktyor dostlarının media hesabından səhhətinin yaxşılaşdığını və "Cəmillər ölməz" mesajını verib.

© Photo : Facebook / Uğurtan SayınerTürkiyəli aktyor Uğurtan Sayıner
Bizimkilərin Cəmili tanınmaz hala düşdü - Sputnik Azərbaycan
Türkiyəli aktyor Uğurtan Sayıner

Türk dünyasının məşhur aktyoru teatr, kino və serial sahəsində bir çox uğurlara imza atıb. "Falımda Bir Kız Var", "Bir Milyara Bir Çocuk", "El Kızı" və s. film və seriallarında rol alan sənətçi daha çox "Bizimkilər" serialı ilə tanınıb. Xatırladaq ki, "Bizimkilər" Türkiyənin serial tarixində ən uzun sürən serialdır. 1989-cu ildə başlayan serial 2002-ci ilin sonlarına qədər davam edib.

Qeyd edək ki, 1999-cu ildə baş verən İzmit zəlzələsindən ağır zədə alan sənətkar aktor fəaliyyəti ilə yanaşı, qəhvə-bar fəaliyyəti ilə də məşğul olub.

Xəbər lenti
0