Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya kinosunun əfsanəsi 104 yaşında vəfat etdi

© REUTERS / Mike BlakeАктриса Оливия де Хэвилленд
Актриса Оливия де Хэвилленд - Sputnik Azərbaycan
Abunə olmaq
Peşəkar karyerası boyunca de Havilland iki dəfə “Oskar” mükafatına, iki dəfə “Qızıl Qlobus”a layiq görülüb.

BAKI, 26 iyul – Sputnik. 1939-cu ildə lentə alınan “Küləklə sovrulanlar” filmində əsas  obrazlardan biri - Melani Hamiltonu canlandıran aktrisa Olivia de Havilland bu gün 104 yaşında vəfat edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, aktrisa Parisdəki evində dünyasını dəyişib.

© Photo : Public domainOlivia de Havilland
Dünya kinosunun əfsanəsi 104 yaşında vəfat etdi - Sputnik Azərbaycan
Olivia de Havilland

Qeyd edək ki, Olivia de Havilland 1916-cı ilin iyulun 1-də Tokioda anadan olub.

Valideynləri ayrıldıqdan sonra “gələcək ulduz” anası və bacısı ilə birlikdə Kaliforniyaya köçüb.

18 yaşına çatanda “Warner Brothers” studiyası ona ilk müqaviləsini təklif edib.

Peşəkar karyerası boyunca de Havilland iki dəfə “Oskar” mükafatına, iki dəfə “Qızıl Qlobus”a layiq görülüb.

Xəbər lenti
0