Rauf və Faiq Mirzəyev, arxiv şəkli

Azərbaycanlı qardaşlar Rusiya səhnəsinə qayıtdılar

3150
(Yenilənib 20:55 20.07.2020)
Rauf və Faiq Mirzəyev təxirə salınmış layihələrini reallaşdırmaq qərarına gəldilər. Qardaşlar ilk öncə yeni kompozisiyanın təqdimatını keçirdilər.

BAKI, 20 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın tanınmış ifaçıları, Azərbaycan əsilli əkiz qardaşlar Rauf və Faiq Mirzəyevlər koronavirus pandemiyası ilə əlaqədar yaradıcılığa verdikləri kiçik fasilədən sonra, yenidən iş başına qayıdıblar. Bu barədə Sputnik Azərbaycan-a müğənnilər özləri məlumat veriblər. Onlar yeni "Zakat i rassvet" ("Qürub və şəfəq") mahnısını təqdim etdilər.

Qardaşlar pandemiyaya görə öz layihələrini, qastrol səfərlərini, konsertlərini təxirə salmağa məcbur olublar. Lakin indi tədricən işə başlayırlar. Mirzəyevlər "Instagram" sosial şəbəkəsindəki səhifələrində yeni kompozisiyalarını təqdim ediblər.

Qardaşlar bununla kifayətlənmək niyyətində deyillər və pərəstişkarlarını daha tez-tez sevindirəcəklərinə söz veriblər.

View this post on Instagram

A post shared by Rauf & Faik (@rauf_faik) on

Xatırladaq ki, noyabrın 25-də Rauf və Faiq Bakı səhnəsində solo konsertlə çıxış edəcəklər.

Əkizlər Rauf və Faiq Mirzəyev İjevskdə anadan olublar. Milliyyətcə azərbaycanlıdırlar. Onlara musiqi istedadı irsən keçib. Onlar gənc yaşlarından musiqi və yaradıcı inkişaf yolu ilə məqsədyönlü şəkildə irəliləyiblər. Yerli Yaradıcılıq Evinin vokal studiyasından başlayaraq estrada studiyasında təhsillərini davam etdiriblər. "Vışe raduqi" studiyasının nümayəndələri ilə birlikdə İsveç, Finlandiya, Estoniya kimi ölkələrə qastrol turu həyata keçiriblər. Rusiyanın şimal paytaxtının gözəlliklərinə heyran qalıblar.

2018-ci ildə onlar 17 musiqi parçasından ibarət "Ya lyublyu tebya" ("Mən səni sevirəm") adlı debüt albomunu buraxıblar. 2019-cu ildə onlar Rusiyanın şəhərlərinə, müxtəlif ölkələrə qastrol turuna yollanıblar və hətta Bakıda konsert veriblər.

3150
Mixail Borisov

Azərbaycanlı tələbələrdən ibarət kursun rəhbəri, tanınmış rejissor vəfat edib

8
(Yenilənib 14:20 20.09.2020)
Boris Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələrdən ibarət kursun rəhbəri, tanınmış rejissor Mixail Borisov vəfat edib.

BAKI, 20 sentyabr - Sputnik. Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda rejissorluq kafedrasının müdiri, institutdakı azərbaycanlı tələbələrdən ibarət kursun və studiyanın rəhbəri, rejissor, teleaparıcı və aktyor Mixail Borisov 71 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, vəziyyəti qəflətən teatr səhnəsində pisləşən M.Borisov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Teatr xadiminə ağciyərlərin iltihabı diaqnozu qoyulub.

Mixail Borisov Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda kafedra müdiri, institutda azərbaycanlı gənclərdən ibarət kursun rəhbəri idi. 2016-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11 azərbaycanlı gənc Moskvada təhsil almağa başlamışdır. M.Borisov Azərbaycana gələrək istedadlı gənclərin seçilməsində şəxsən iştirak etmişdi. Rejissor AZƏRTAC-a müsahibəsində Azərbaycandan daha çox istedadlı gəncin Moskvada təhsil almasına çalışdığını, ölkəmizlə mədəni əlaqələirin genişlənməsinin əhəmiyyətini vurğulamışdı.

8
Bitlz qrupuna Rusiyada qoyulmuş abidə, arxiv şəkli

Əfsanəvi qrup haqqında film kitab hazırlanır

197
Əfsanəvi "The Beatles" rok musiqi qrupuna həsr olunmuş son 20 ilin ilk kitabı nəşrə hazırlanır, həmçinin sənədli film çəkilir.

BAKI, 20 sentyabr — Sputnik. Əfsanəvi "The Beatles" rok musiqi qrupuna həsr olunmuş son 20 ilin ilk kitabı nəşrə hazırlanır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, kitabın adı "Let it be" albomundakı son mahnının - "Get back"ın ("Geri dön") adı seçilib. Kitaba giriş sözünün müəllifi britaniyalı yazıçı Hənif Küreyşidir.

Həmçinin 2021-ci ilin avqust ayında məşhur dördlükdən bəhs edən, "Üzüklərin hökmdarı"nı da ərsəyə gətirmiş rejissor Piter Ceksonun çəkdiyi sənədli film ekranlara çıxacaq.

Həm kitaba, həm də filmə ilk dəfə açıqlanan arxiv materialları daxil ediləcək.

Qeyd edək ki, "The Beatles" bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmiş qruplardandır. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə, Beatles ABŞ-da bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılıb. 2004-cü ildə tanınmış "Rolling Stone" jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görülüb.

197
Teqlər:
Rolling Stone, The Beatles qrupu, "The Beatles"
Əlaqədar
The Beatles-ın ilk müqavilə sənədi satışa çıxarılır
5G K9 robotu, arxiv şəkli

Robotlar insanlar üçün niyə qorxuludur - alimlərdən ilginc cavab

0
(Yenilənib 20:47 20.09.2020)
Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

BAKI, 20 sentyabr — Sputnik. Emori Universitetinin psixoloqları insanların robotlardan qorxma səbəblərini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hələ 1970-ci illərdən insanabənzər "canlı" modellərin müşahidəçilərdə xoş olmayan hisslər yaratdığı nəzərə çarpmışdı.

Bu hal "şər vadilər effekti" adlanırdı. Yeni araşdırmanın müəllifləri bunun səbəblərini müəyyən etməyə çalışıblar. Bunun üçün onlar insanların yad simaları necə qəbul etdiyini izləyiblər.

Könüllülərə insan şəkilləri, mexaniki robotlar və androidlər göstərilərək, onlardan "canlı" miqyasda qiymətləndirilməsi istənilib. Qiymətləndirmə bir neçə millisaniyə çəkib.

Nəticələr göstərdi ki, insanlar canlı bir üzü cansız bir üzdən 400 millisaniyədə fərqləndirə bilirlər. "İnsan şəklindəki" robotların isə üzünü beyin əvvəlcə canlı kimi qəbul edir, lakin sonra qarşısında süni bir cisim olduğunu anlayır.

Araşdırma müəlliflərinin fikrincə, dəhşət hissinin yaranması böyük ehtimalla qəbul edilən canlılığın azalması ilə bağlıdır.

Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

0
Teqlər:
robot
Əlaqədar
Robotlar bu sahələrdə insanları sıxışdırıb çıxaracaqlar
Robotlar da yatmalıdır
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
“Ey, insan! Qorxursan?” – Robot öz məqaləsində sual edir