Vidadi Həsənov, arxiv şəkli

İlham Əliyev Xalq artistinə mənzil hədiyyə edib

19
(Yenilənib 15:16 20.07.2020)
Dövlət başçısı tərəfindən hədiyyə edilən 3 otaqlı mənzilin açarları Xalq artistinə təqdim olunub.  Prezident İlham Əliyev V.Həsənova mənzili onun doğum günündə hədiyyə edib.

BAKI, 20 iyul – Sputnik. Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, aktyor, ssenari müəllifi Vidadi Həsənova ev hədiyyə edib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, dövlət başçısı tərəfindən hədiyyə edilən 3 otaqlı mənzilin açarları Xalq artistinə təqdim olunub.

Belə ki, Prezident İlham Əliyev V.Həsənova mənzili onun doğum günündə (iyulun 16-da - red) hədiyyə edib.

Xalq artisti dövlət başçısına təşəkkür edib:

“Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusi ilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də, sadəcə, tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma, mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı Möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - istəyirsiz inanın, istəyirsiz yox - məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, V.Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

O, 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına, 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

19
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

101
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

101
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Televizora baxan adam, arxiv şəkli

Məşhur serialdan Azərbaycana dəstək

85
(Yenilənib 19:16 21.10.2020)
"Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər"

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanlıların da sevə-sevə izlədiyi Türkiyənin məşhur "Kalk Gidelim" serialında Azərbaycan haqda bəhs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, TRT-də yayımlanan ekran işində Azərbaycanın işğalçı Ermənistanla savaşından söz açılıb.

Serialın 125 bölümündə Seyfeddin Dal obrazını canlandıran aktyor Ufuk Özkan bu sözləri deyib:

"Cümhuriyyət rahat qurulmadı. Türk 1920-də də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər. Davalarında haqlıdırlar. Bunu bütün dünya belə bilsin".

Daha sonra isə ekran işində Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

85
Teqlər:
serial, dəstək, Azərbaycan, Türkiyә, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

TƏBİB gənclərə xəbərdarlıq etdi

0
(Yenilənib 14:29 22.10.2020)
Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

BAKI, 22 oktyabr — Sputnik. "Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindirlər ki, xəstəliyi yüngül keçirəcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: "Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə alan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar".

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

0