Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib

© Photo : Instagram / ludmilalarussoЛюдмила Ларуссо, фото из архива
Людмила Ларуссо, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Lyudmila Larusso yeni klipinin çəkilişlərini azərbaycanlı həmkarı Seyran İsmayılxanova etibar edib və nəticədən razı qalıb.

BAKI, 8 iyul — Sputnik, Kəmalə Əliyeva. Almaniyada yaşayan müğənni Seyran İsmayılxanov ukraynalı opera müğənnisi Lyudmila Larussonun Cakomo Puççininin "Turandot" - Nessun Dorma operasından ariyasına klip çəkib.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, çəkilişlər suyun içində olan qədim Merode qalasında aparılıb.

"Son zamanlar bir çox həmkarlarım klip çəkilişlərinə görə mənə müraciət edirlər. Mən buna ancaq sevinirəm. Bu, mənə zövq verir. Bu günlərdə Meksika müğənnisi Kim Morales üçün klip çəkmişəm, indi isə Ukrayna müğənnisi Lyudmila Larusso üçün. Şadam ki, onlar hər ikisi nəticədən razı qalıblar", - deyə İsmayılxanov qeyd edib.

Lyudmila Larusso Kiyevdə anadan olub və sonra Almaniyaya köçüb. O, "Almaniyanın Səsi" vokal layihəsində iştirak edib. Hazırda yaradıcılıqla məşğul olur, bir çox beynəlxalq festivallarda fəal iştirak edir.

Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. İndi o, Almaniyada dünya şöhrətli “The Voice” (Səs) layihəsinin iştirakçısıdır.

Xəbər lenti
0