CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədalət Rüstəm: "Bu əməliyyat Bəhram Bağırzadənin həyatını xilas edə bilər"

© Sputnik / Murad OrujovAktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bir həkim kimi onun müalicəsiylə bağlı öz tövsiyələrimi vermişəm. Hazırda onun həkimləri başqadır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı ziddiyətli açıqlamalar verilməkdə davam edir. Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə mətbuata açıqlamasında bildirib ki, yoldaşına ağciyər transplantasiyası haqda yayılan məlumatlar şayiədir.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında B.Bağırzadənin hazırki durumunda ona ağciyər köçürülməsinin mütləq olduğunu bildirib: "Bəhram Bağırzadəni müayinə edərək mən öz tövsiyələrimi vermişəm. Mənim fikrim odur ki, Əməkdar artistin hazırki durumunda ona ağciyər köçürülməsi lazımdır.

Bu təcrübədən koronavirus xəstələrində istifadə edilir. Bəhram Bağırzadənin hazırkı durumunda ona ağciyərin köçürülməsi həyatını xilas edə bilər. Çünki Bərham Bağırzadənin yanaşı xəstəlikləri də var. Çəkisinin artıq olması, ürəkdə piylənmə və sair xəstəliklər onun xəstəliyini şiddətləndirir.

Mən bir həkim kimi onun müalicəsiylə bağlı öz tövsiyələrimi vermişəm. Hazırda onun həkimləri başqadır. Mən müalicənin aparılmasına qarışa bilmərəm. Bir həkim kimi xəstəni müayinə edib onun səhhəti ilə bağlı öz tövsiyələrimi vermişəm".

Xəbər lenti
0