Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında

Həkim: “Bəhram Bağırzadəni həyata qaytarmaq üçün təcili ciyər köçürülməlidir”

716
Hazırda Bəhram Bağırzadənin ağ ciyəri anlaşılan, dildə desək, bir növ virus generatorudur. Buradan bütün vacib orqanlara-ürəyə, baş beyinə, mədəaltı vəziyə, böyrəklərə, qara ciyərə virus göndərilir - Ədalət Rüstəm

BAKI, 14 iyun — Sputnik. “Əməkdar artist Bəhram Bağırzadəyə təcili olaraq ağ ciyər köçürülməlidir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Musavat.com-a açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib. Öncə məlumat verək ki, Ədalət Rüstəm koronavirusa yoluxan xəstələrin müalicəsində iştirak edib.

O bildirib ki, hazırda Bəhram Bağırzadənin ağ ciyərləri faktiki olaraq işləmir:“Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır. Bu gün onu ilk olaraq süni nəfəs aparatına qoşublar. Lakin ağ ciyərin vəziyyəti pis olduğu üçün onun bu aparata qoşulması nəticə verməyib. Buna görə də təcili olaraq Bəhram Bağırzadə ürək-damar cərrahı, professor Rəşad Mahmudovun rəhbərliyi altında  ECMO aparatına qoşulub.

ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. Bu aparatların qiyməti 6 milyon dollardır. İndiyə qədər Azərbaycanda ECMO aparatına qoşulacaq qədər ağır xəstə olmayıb. Bəhram Bağırzadənin, görünür, ağ ciyərində əvvəldən hansısa problem olub. Eyni zamanda çəkisinin də normadan artıq olması vəziyyəti qəlizləşdirir. Hazırkı situasiya tələb edir ki, zaman itirmədən onun ağ ciyəri çıxarılsın. Çünki ağ ciyərdən onun orqanizminə infeksiya yayılır. Artıq ağ ciyər tamamilə qeyri-işlək vəziyyətdədir.

İnsanlar ECMO aparatı vasitəsilə 2 aydan bir qədər artıq yaşaya bilir. Bununla bağlı dünyada təcrübə var. ECMO cihazı altında  ağ ciyərsiz yaşama müddəti maksimum 62 gündür. Ona görə də hazırda ağ ciyər çıxarılmalı, ECMO ilə orqanizmə oksigen verilməlidir. Bu müddət ərzində canlı donor tapılmalıdır. Çünki Azərbaycandakı müvafiq qanunlara görə meyitin orqanlarından istifadə edilmir. Bəhram Bağırzadə üçün 3-4 donordan olmaqla hərəsindən 1-2 pay götürülməlidir. Bu ağ ciyər parçalarını köçürməklə, Bəhram Bağırzadənin həyatını qurtarmaq ehtimalı meydana gələ bilər. Bu nümunə var və müsbət nəticələr əldə edilib.

Ağ ciyərin 90 faizi zədələnibsə, onun bərpa olunması mümkün deyil. Bunu mən yox, tibb elmi deyir. Bu, artıq pnevmoniya yox, kimyəvi pnevmonitdir. Burada öz-özünə bərpa baş verə bilməz. Hazırda Bəhram Bağırzadənin ağ ciyəri anlaşılan, dildə desək, bir növ virus generatorudur. Buradan bütün vacib orqanlara-ürəyə, baş beyinə, mədəaltı vəziyə, böyrəklərə, qara ciyərə virus göndərilir. Əgər ağ ciyər çıxarılmasa, həmin orqanlar da zədələnəcək.

İstanbulda çalışan və koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkim Tahir Bababəylinin orqanizmində də eyni vəziyyət yaşandı. Ona da ağ ciyər köçürmə gecikdirildi və həkim dünyasını dəyişdi. Qərar veriləndən 2 gün sonra o, dünyasını dəyişmişdi. Çünki çox gözləmişdilər və artıq orqanizmin tab gətirməsi mümkün deyildi".

Ədalət Rüstəm bildirib ki, Azərbaycanda ağ ciyər transplantasiyası həyata keçirilmir:

“Lakin Türkiyədə bu işi həyata keçirən peşəkar komanda var. Onları işə cəlb edib, təcili hərəkətə keçmək lazımdır. Bəhram Bağırzadənin öz ağ ciyərinin fəaliyyətinin bərpa edilmə şansı sıfıra bərabərdir. Ona görə də əlavə zaman itirmək olmaz. Türkiyədə ağ ciyər transplantasiyası əməliyyatlarında iştirak edən ilk azərbaycanlı mütəxəssis kimi deyirəm ki, gözləmək Bəhram Bağırzadə üçün fəlakət gətirə bilər. Doğrudur, ECMO cihazı altında yatan xəstələrin 40 faizi sağalır. Çünki onlar aparata qoşulan zaman ağ ciyərləri 40-50 faiz işlək olur. Bəhram Bağırzadənin vəziyyətində olan xəstələrin isə ECMO ilə sağalması mümkün deyil”.

Həkim həmçinin qeyd edib ki, Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib: “Artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur. Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”.

Qeyd edək ki, Bəhram Bağırzadəni qoşduqları ECMO aparatları ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. 

716
Əlaqədar
Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

22
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

22
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

56
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

56
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0